Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Yaponiyanın köməyi ilə Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi verə bilər

Əgər Yaponiya ABŞ-ı "Patriot" hava hücumundan müdafiə sistemi üçün sursatla təmin edərsə, ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarük həcmini artıra bilər...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Tokio bu həftə silah ixracı qaydalarını yumşaldacaq. Bu da ABŞ-a "Patriot" üçün onlarla raket göndərməyə imkan verəcək.

Hadisələrin bu cür inkişafı Vaşinqtonun ehtiyatlarını artıracaq və Birləşmiş Ştatlara Ukraynaya daha çox ən son hava hücumundan müdafiə sistemləri göndərmək imkanı verəcək.

Eyni zamanda qeyd edilir ki, Yaponiya silahları birbaşa Ukraynaya ötürməyəcək, bunun əvəzinə ehtiyatları artırmaq üçün ilk olaraq ABŞ-a hava hücumundan müdafiə sistemləri göndərmək variantı nəzərdən keçirilir.

WP-nin mənbəsinin məlumatına görə, Yaponiya tezliklə ABŞ-a nə qədər raket ötürə biləcəyinə qərar verəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Bakıda zülmətə qərq olan yol təhlükə saçır - Video

Ən çox oxunanalar