Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni arxiyepiskop: Bəli, mən özümü revanşist hesab edirəm...

Erməni din xadimi bazar günü xütbəsində ermənilərdə azərbaycanlılara qarşı nifrət hisslərini aşılayan qisasçılıq duyğularını dilə gətirib...

“Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”.

Poliqon xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin (AAK) Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan bazar günü xütbəsi zamanı deyib. Arxiyepiskop xütbəsində qeyd edib ki, revanşizm ermənilərin nə mənəvi, nə əxlaqi, nə də fiziki mənada qarət etmək məqsədi daşımır.

“Bu, daim diz çöküb sürünmək deyil, əksinə, ayağa qalxıb Rəbbimizin hüzurunda durmaq və ona “yer üzündə Sənin işini görmək üçün imanımı artır” demək üçündür. Və düşünməliyik ki, bununla biz yer üzündə Tanrının işini, ədalətin, həqiqətin və xilasın bərpasını edirik. Bəli, bu qisas yoludur. Evinizi bərpa etməyin başqa hansı yolu var?”, deyə erməni din xadimi sual edib.

Baqrat Qalstanyanın fikrincə bu, nifrət demək deyil, əksinə, sevgi deməkdir, fədakarlıq deməkdir:

“Sonsuz iman, ən böyük ümid, fədakarlıq, cəsarət və bütün fəzilətləri nəzərdə tutur, əksinə deyil. Bütün daxili aləmi alt-üst olmuş, rahat yaşaya bilən insan ola bilməz. Bizi qınaya bilərsiniz ki, biz hər zaman danışırıq, amma hər zaman reallığımızı dəyişməmişik və o, daha da pisləşib və pisləşəcək. Və bu qisas ona görə olmalıdır ki, minlərlə insan bizim həyatımız üçün canını verib”, deyə erməni arxiyepiskop nifrət toxumu səpən fikirlərini izah etməyə çalışıb.

Arxiyepiskop öz xütbəsində qeyd edib ki, bir neçə il əvvəl Artsaxda hamı xoşbəxt yaşayırdı, yaşlı-kiçik ziyarətə gedirdi:

“Bizim üçün bu, qazanılmış bir şirinlik idi və belə də olmalıdır”, deyə erməni din xadimi qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay