Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: "Növbəti 5 ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır"

Elm və təhsil naziri Emin Əmrullayev növbəti 5 ildə hədəfin pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaq olduğunu bildirib...

Bu barədə elm və təhsil naziri Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında qeyd edib.

Onun sözlərinə görə, pandemiya dövrünün təhsilə təsirləri uzunmüddətli olacaq. Tədqiqat və araşdırmalar da məhz bu istiqamətdə aparılmalıdır.

Nazir vurğulayıb ki, hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır: "Pandemiyanın emosional baxımdan təhsilə verdiyi təsirlər həllini tapmalıdır. Həmin müddətdə təhsil 200 gündən artıq distant formada keçirildi və 158 mindən çox şagird məktəbə bu formatda başladı. Bu dövr xalqımız üçün sınaq dövrü oldu. Təhsil pandemiyadan əvvəl yüksələn xətlə inkişaf edirdi, lakin COVID-19 dövründə bu, azalan xətlə davam etdi. Növbəti 5 ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır".(report)

Poliqon.info


Etiket: Nazir təhsil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar