Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANAMA rəhbəri: "Müharibədən sonra 338 nəfər mina qurbanı olub"

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 338 nəfər mina və müharibənin digər partlayıcı qalıqlarının qurbanı olduğunu deyib.

“Report” xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumda çıxışında bildirib.

O qeyd edib ki, Azərbaycan ərazilərinin mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə dünya ölkələri arasında ilk sıralarda yer alır.

“Minalar və müharibənin partlayıcı qalıqları insanların həyatına, sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, həm də ətraf mühitə, ekosistemə böyük zərər vurur. İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kv.km-ə yaxın ərazi minalarla çirklənib”, - V.Süleymanov deyib.

Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 114 400.9 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.

“Ümumilikdə 110 347 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 795 piyada əleyhinə mina, 18 582 tank əleyhinə mina və 60 970 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir”, - ANAMA rəhbəri bildirib.

O qeyd edib ki, minalarla çirklənmiş ərazilərin yalnız insanların həyatına deyil, eləcə də onların sağlamlığına, həyata keçirilən bərpa-quruculuq işlərinə və ətraf mühitə də təhlükə törətməsi dərin təəssüf hissi yaradır.

“Minaların insanların həyatı və sağlamlığına yaratdığı real təhlükəni gündəlik fəaliyyətimizdə də hiss etməkdəyik. Ümumilikdə 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 338 nəfər mina və müharibənin digər partlayıcı qalıqlarının qurbanı olmuş, onlardan 65 nəfər həyatını itirmiş, 273 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - V.Süleymanov bildirib.

ANAMA rəhbəri vurğulayıb ki, Azərbaycanın üzləşdiyi bu təhlükənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında dövlət və vətəndaş cəmiyyəti qurumlarının birgə fəaliyyəti olduqca vacibdir.

“Qeyri-hökumət təşkilatlarının həm minatəmizləmədə, həm maarifləndirmə tədbirlərinin həyata keçirilməsində, həm də minadan zərər çəkənlərin sosial-humanitar proqramlara cəlb edilməsi istiqamətində fəaliyyətini təqdirələyiq hesab edirik. Qeyri-hökumət təşkilatlarının mina təhlükəsi ilə mübarizə istiqamətində beynəlxalq seqmentdə yayımladığı bəyanatlar, çoxsaylı çağırışlar, bu istiqamətdə layihələrin icrası olduqca önəmlidir”.

Poliqon.info 


Etiket: ANAMA rəhbəri


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam

Ən çox oxunanalar