Şənbə, 24 Fevral 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2023 onları bizdən aldı - Siyahı

2023-cü ilin bitməsinə sayılı günlər qalıb. İl ərzində sənət aləmində bir çox məşhur dünyasını dəyişib. ..

Poliqon axşam.az-a istinadən 2023-cü ildə itirdiyimiz məşhurların siyahısını təqdim edir. 

Əməkdar artist, "Toppuş bacı" ləqəbi ilə tanınan aktrisa Tünzalə Əliyeva da bu il itirdiyimiz məşhurlardan olub. Aktrisa uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, yanvarın 22-də dünyasını dəyişib. 

Bu ilin fevralında Xalq artisti Ramiz Novruz uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. 

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev Novruz bayramı ərəfəsindən dünyasını dəyişib. O, avtomobil qəzası keçirib və hadisə yerində vəfat edib. 

Xalq artisti Azər Paşa Nemətov vəfat edib. Akademik Milli Dram Teatrının direktoru bu ilin aprelində dünyasını dəyişib.

Rejissor Anar Hüseynov bu ilin yanvarında vəfat edib. Uzun müddət Rusiyada yaşayan rejissor şəkər xəstəsi olub, onun şəkəri qalxıb və komaya düşüb. 

Müğənni Zeynəb Dostəliyeva bu il vəfat edib. Xalq artisti Nazpəri Dostəliyevanın bacısı olan Zeynəb qaraciyər sirrozundan əziyyət çəkirdi. 

Tanınmış klarnet ifaçısı Hacı Həmidoğlu vəfat edib. Sənətçi 67 yaşında dünyasını dəyişib.

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov vəfat edib. O, bu ilin fevralında 62 yaşında dünyasını dəyişib.

Əməkdar artist Yasəf Eyvazov vəfat edib. Ud ifaçısı bu ilin martında dünyasını dəyişib.

Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli bu il dünyasını dəyişənlər siyahısında yer alıb. O, ürəktutmadan dünyasını dəyişib.

Xalq artisti, Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə bu il vəfat edib. Əməkdar artist Firdovsi Atakişiyevin xanımı olan İranə 65 yaşında dünyasını dəyişin.

Xalq artisti Aftandil İsrafilov uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib. Qarmon ifaçısı müalicə aldığı xəstəxanada vəfat edib. 

Əməkdar artist Elxan Qasımov bu ilin mayında vəfat edib. Aktyor qarın aortası anevrizması diaqnozu ilə reanimasiyaya yerləşdirilib, həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva vəfat edib. O, uzun müddət xərçəngdən əziyyət çəkib.

"Qaya" Dövlət Ansamblının direktoru, Əməkdar artist Rüfət Babayev bu ilin iyulunda vəfat edib. 

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib. 77 yaşlı kinorejissorun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Əməkdar artist, rəqqasə Aliyə Ramazanova da bu il vəfat edib.

Rəssam, aktrisa Alagöz Salahova bu il dünyasını dəyişib. Xalq rəssamı Tahir Salahovun qızı olan Alagöz 70 yaşında vəfat edib. 

Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu bu ilin sentyabrında dünyasını dəyişib. Emilin ürəyində problem olub və onu xilas etmək mümkün olmayıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib. Akademik 93 yaşında vəfat edib.

Millət vəkili Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Əsəd Əsədov vəfat edib. Tanınmış kino xadimi 76 yaşında dünyasını dəyişib. 

Model Günay Zeynalova da bu il dünyasını dəyişib. Onun ölümünə səbəb miqren olub. 

Tanınmış müğənni, qarmon ifaçısı Hüseyn Bakılı (Hüseynəli Həsənov) 72 yaşında vəfat edib.

Bəstəkar, əməkdar incəsənət xadimi Mobil Babayev bu ilin noyabrında vəfat edib.

Poliqon.info


Etiket: 2023


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat: "Qurana and içmişəm ki, onun ölüm hökmünü özüm çıxaracağam"

Rusiya Ermənistanda məcburən B planını keçə bilərmi?

Almaniyada vəfat edən Xalq artistimizin cənazəsi yandırılıb: Külü dənizə səpiləcək - Foto

Sahil Babayev Elman Rüstəmovun kadrına vəzifə verdi - Foto

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? - Video

Konstitusiya Məhkəməsinin yeni hakimi kimdir? - Dosye

Paşinyan Rusiyaya meydan oxuyur və qırmızı xətləri keçir...

Deputatla bağlı daha bir Britaniya qalmaqalı... - Cavanşir Feyziyevin 39 milyon funt sterlinqlik əmlakına həbs qoyulub

25 minlik məzar, yoxsa evin həyətində dəfn: Qəbiristanlıqlarda hansı dəyişikliklər olacaq? 

Zaur Mikayılov Şafiq Heydərovun əməllərindən nə vaxt xəbər tutacaq?..

Ziyalılardan çağırış: qanunu və vətəndaşların haqqını tapdamayın

Ən çox oxunanalar