Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya qanuni immiqrant axınını azaltmağa hazırlaşır

Böyük Britaniyanın daxili işlər naziri Ceyms Kleverli bildirib ki, nazirlik krallığa qanuni immiqrant axınını ildə 300 min nəfər azaltmaq üçün viza və iş icazələrinin alınması qaydalarını sərtləşdirəcək.

Poliqon xəbər verir ki, nazir bu buarədə parlamentin İcmalar Palatasındakı çıxışı zamanı danışıb.

"Mənim planım tarixdə xalis miqrasiyada ən böyük azalmanı təmin edəcək. Bu qərar əvvəllər tətbiq olunsaydı, keçən il Böyük Britaniyaya daxil olan təxminən 300,000 insan bunu edə bilməzdi. Mən işçi vizalarının artımını dayandırmaq və qonaqpərvərliyimizdə­n istifadə etmək istəyənlərə qarşı sərt tədbirlər görmək isrəyirəm", deyə Ceyms Kleverli bildirib.

Britaniya Daxili İşlər Nazirliyinin rəhbərinin təklifləri 2024-cü ildə qüvvəyə minməlidir. Onlar ölkədəki işəgötürənin iş vizası üçün müraciət edən əcnəbi işçiyə görə ödəməli olduğu minimum əmək haqqının 50% artırılmasını nəzərdə tutur.

Noyabrın sonunda Böyük Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü Saymon Ridli bildirib ki, hökumətdə ölkəyə gələn 17 mindən çox qeyri-qanuni miqrantın harada olduğu barədə məlumat yoxdur.

Keçən il ərzində Böyük Britaniya hakimiyyəti 17 316 qeyri-qanuni immiqrantın sığınacaq tələblərini ləğv edib. Saymon Ridli qeyd edib ki, buna səbəb miqrantların müsahibəyə dəvət olunduqdan sonra səlahiyyətli orqanlarla əlaqə saxlamaması və onlara doldurmaq üçün verilən anketləri göndərməmələri olub. Rəsmi onların bəzilərinin qaçaraq gizləndiyini də etiraf edib.

Poliqon.info


Etiket: Miqrant


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar