Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda neçə nəfər qrip əleyhinə peyvənd vurdurub?

Bu günədək olan statistikaya əsasən, payız-qış mövsümündə əldə edilən peyvəndlərlə TƏBİB tabeliyində olan tibb müəssisələri üzrə 1804 nəfərin vaksinasiyası aparılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, 314 nəfər BakıAbşeron ərazisində, 1 490 nəfər isə regionlar üzrə qrip əleyhinə peyvənd olunub. Peyvənd olunan əhali qruplarının təxminən 6%-ni 18 yaşadək uşaqlar, 88%-i 18-65 yaş arası, 6%-ni 65 yaşdan yuxarı əhali qrupu təşkil edir.

Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir. Ölkəyə yeni gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalı olan 4 valentli peyvəndlərdir. Əvvəlcədən doldurulmuş birdəfəlik şpris şəklində istehsal edilir.

Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə müvafiqdir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunmuş müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

Poliqon.info 


Etiket: Vaksin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam

Ən çox oxunanalar