Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda imtina olunmuş körpənin ölüm səbəbi açıqlanıb

Sumqayıt Tibb Mərkəzi anası tərəfindən imtina olunmuş 7 aylıq körpənin ölümü ilə bağlı məlumat yayıb...

Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən APA-ya verilən məlumata görə, 20.04.2023-cü ildə Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə 1990-cı il təvəllüdlü vətəndaş tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib.

"Körpəyə yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, yenidoğulmuşlarda serebral iflic diaqnozu qoyulub. Ona protokol üzrə yardımlar göstərilib, müalicə və müayinə aparılıb. Körpənin valideyni (anası) 27.04.2023-cü il tarixində ərizə yazaraq övladından imtina edib. Bununla bağlı tibb müəssisəsi tərəfindən aidiyyəti qurumlara məlumat verilib. Körpənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Azyaşlı 16.06.2023-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə köçürülüb. Körpə tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılıb, lazımi prosedurlar həyata keçirilib", - deyə açıqlamada bildirilib.

Əlavə olunub ki, Uşaq Evinə yerləşdirilməsinə körpənin xəstəliyi ilə əlaqədar imtina cavabı verilib:

"Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq körpə 24.11.2023-cü ildə saat 00:40 radələrində dəqiqləşdirilməmiş uşaq serebral iflici, ensefalopatiya, dəqiqləşdirilməmiş pnevmoniya və zülal enerji çatışmazlığı səbəbindən vəfat edib. Onun nəşi təşrih üçün aidiyyəti üzrə təhvil verilib".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar