Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon Baydenlə bağlı məyusluq yaşayır...

Pentaqon Baydenin Suriya və İraqda hücumların qarşısını almaq strategiyasından məyusdur...

Poliqon xəvər verir ki. Bu barədə The Washington Post qəzetinin məlumatında bildirilir. Mənbələrin WP-yə verdiyi məlumata görə, Pentaqonda Co Bayden administrasiyasının İraqSuriyadakı ABŞ bazalarına hücumları cilovlamaq səyləri ilə bağlı artan məyusluq var. Generalalrın fikrincə, bu strategiya İranyönlü qrupların hücumlarının sayının azalmasına səbəb olmayıb.

WP yazır ki, bəzi Müdafiə Nazirliyinin rəsmiləri Ağ Evin strategiyasının uyğunsuz olduğunu deyirlər. Onların fikrincə, ABŞ-ın məhdud hava hücumları nəticə vermir.

“Biz İranın gələcək bu kimi hücumlarının qarşısını almağa çalışırıq? İndiki taktika açıq şəkildə işləmir”Ş deyə WP-nin mənbələrindən biri bildirib.

Qəzetin yazdığına görə, İraqSuriyadakı Amerika bazaları oktyabrın 17-dən etibarən demək olar ki, hər gün atəşə və pilotsuz təyyarələrin hücumlarına məruz qalır. 61 insident qeydə alınıb, 60-a yaxın insan yaralanıb. İndiyədək 10 baza hücuma məruz qalıb. Co Bayden buna cavab olaraq bir neçə dəfə İran tərəfdarı olduğu iddia edilən qruplaşmaların və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı mövqelərinə hava zərbələri endirmək əmri verib.

WP-nin məlumatına görə, Pentaqon prezidentə əlavə variantlar təqdim edib. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi artıq görülən tədbirlərə praktiki olaraq heç bir alternativ görmür. Çünki İrana birbaşa zərbələr eskalasiyaya səbəb olacaq. Eyni zamanda İraqa hücumlar da anti-Amerika əhval-ruhiyyəsinin artmasına səbə olur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib

Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib

Ən çox oxunanalar