Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenskinin ofisi: Ukrayna ABŞ-dan əlavə dəstək vədləri alıb

Ukrayna nümayəndə heyəti noyabrın 13-14-də ABŞ-a səfəri zamanı əlavə dəstək vədləri alıb. Baxmayaraq ki, bu sahədə Konqresdə qanunvericilik prosesi ilə bağlı suallar qalmaqdadır...

Poliqon “Ukrinform” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidentin ofisinin rəhbəri Andrey Yermak deyib.

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti ölkəyə güclü hisslə qayıdır. Çünki ABŞ Ukraynanın dostu kimi qalır və onun qələbəsinə inanır.

Yermak qeyd edib ki, ABŞ-a səfəri zamanı Ukraynaya həm hərbi, həm də birbaşa büdcə dəstəyinin davam etdirilməsi, həmçinin Rusiyaya qarşı yeni sanksiyalar müzakirə edilib. O, bildirib ki, konqresmenlər və digər siyasətçilər ilə görüşündə Ukrayna ilə bağlı bu ilin sonuna və 2024-cü ilə qədər fəaliyyət planını təqdim edib.

Yermak əlavə edib ki, 2024-cü il Ukrayna Silahlı Qüvvələri üçün həlledici olacaq. O, Qərb ölkələrindən Ukraynanı dəstəkləməyə davam etməyi, Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etməyi, həmçinin qış ərəfəsində enerji infrastrukturuna mümkün hücumlara görə hava hücumundan müdafiə sistemini gücləndirməyə kömək etməyi xahiş edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar