Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Azərbaycan Gürcüstan qarşısında bu məsələnin qaldırılmasında belə çətinlik çəkəcək

Gürcüstanın öz ərazisini Ermənistanın silahlanması üçün açmasını rəsmi Tbilisinin Azərbaycana qarşı dost münasibətləri ilə nə qədər üst-üstə düşür...

Siyasi-şərhçi: “Azərbaycanın Xarici İşlər Nazirliyi də bu gün bu mövzu ilə bağlı öz rəsmi fikirlərini səsləndirdi və bu fikirlərdə Gürcüstanın adı belə keçmədi”.

“Düşünürəm ki, bu, Azərbaycan-Gürcüstan münasibətlərinə hər hansı ciddi təsir göstərməyəcək”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Fransanın hərbi texnikasının Gürcüstan vasitəsilə Ermənistana aparılmasının nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Fransanın hərbi texnikasının Gürcüstan vasitəsilə Ermənistana aparılması ilə bağlı məlumat yayılıb. Gürcüstanın öz ərazisini Ermənistanın silahlanması üçün açmasını rəsmi Tbilisinin Azərbaycana qarşı dost münasibətləri ilə nə qədər üst-üstə düşür və Tbilisinin bu addımı Gürcüstanın Avropa Birliyi üzvlüyünə namizəd elan olunması ilə əlaqəli ola bilər? Ümumiyyətlə, Gürcüstanın Avropa İttifaqında əsas söz sahibi olan Fransaya qarşı çıxması mümkün görünürmü?

Gürcüstan vasitəsilə hansı proseslərin getdiyini Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Gürcüstan hər bir qonşu ölkənin silahla bağlı müqavilələrinə məhz sülh şəraitində həyata keçirilən müqavilələr kimi yanaşır”.

Gürcüstan Azərbaycan tərəfindən Ermənistanla danışıqlar üçün ən məqbul yer hesab edildiyini xatırladan ekspert Poliqon-a bildirib ki, bütün bunları nəzərə alsaq, aktiv müharibə olmadığı təqdirdə bunun qarşısını almaq heç də asan olmayacaq:

“Birinci məsələ Ermənistanın silahlanması məsələsidir. Azərbaycanın Xarici İşlər Nazirliyi də bu gün bu mövzu ilə bağlı öz rəsmi fikirlərini səsləndirdi və bu fikirlərdə Gürcüstanın adı belə keçmədi. Azərbaycan üçün Ermənistanın silahlanması, ələxsus sülh sazişi olmadığı bir şəraitdə bunun edilməsi, Azərbaycana qarşı onilliklərlə aqressiya siyasətini həyata keçirən bir ölkənin silahlanması kimi qiymətləndirilir və bu qəbuledilməzdir.

İkinci məqam Gürcüstanla bağlıdır. Çünki Ermənistanın quru yollarla dörd ölkə ilə sərhədləri var. Bu sərhədlərdən ikisi - Azərbaycan və Türkiyə ilə olan sərhəd bağlıdır. Qalır İran və Gürcüstan. Ermənistana Hindistan silahlarının İran vasitəsilə, Avropa silahlarının isə Gürcüstan vasitəsilə gəlməsi planlaşdırılırdı. Bunu ekspertlər də öz çıxışlarında bildirirdilər. Hal-hazırda Gürcüstan vasitəsilə aparılan silahlar reqlamentləşməlidir. Yəni bununla bağlı Gürcüstanın mexanizmlərinə nəzər yetirsək görərik ki, burada Ermənistan və Fransa arasında müvafiq saziş olmalıdır. Hansı ki, bu saziş Gürcüstan hökumətinə təqdim edilməlidir. Eyni zamanda Gürcüstanın Müdafiə Nazirliyinin də xüsusi icazəsi lazımdır. Bu iki prosedur qaydası olduğu təqdirdə Gürcüstan ərazisi silahların bir ölkədən digərinə keçməsi üçün tranzit kimi istifadə edilə bilər.

Fərhad Məmmədov: “Ermənistana Hindistan silahlarının İran vasitəsilə, Avropa silahlarının isə Gürcüstan vasitəsilə gəlməsi planlaşdırılırdı”.

Düşünürəm ki, bu Azərbaycan-Gürcüstan münasibətlərinə hər hansı ciddi təsir göstərməyəcək. Çünki Gürcüstan 44 günlük müharibədə Rusiyadan Ermənistana silahların daşınmasını qadağan etmişdir. Gürcüstan müharibənin aktiv fazası dövründə rəsmi bəyanay vermişdi ki, hər hansısa bir ölkənin silahlanmasına imkan verməyəcək. Bu anlaşılan idi. Hal-hazırkı dövrdə Ermənistanla Azərbaycan arasında sülh sazişi olmasa da, aktiv müharibə getmir. Gürcüstan hər bir qonşu ölkənin silahla bağlı müqavilələrinə də məhz sülh şəraitində həyata keçirilən müqavilələr kimi yanaşır.

Əlbəttə, sülh sazişi olmadan Ermənistanın silahlanması qəbuledilməzdir. Azərbaycan Gürcüstan qarşısında bu məsələnin qaldırılmasında belə çətinlik çəkəcək. Çünki aktiv müharibə getmir, eyni zamanda Gürcüstan Azərbaycan tərəfindən Ermənistanla danışıqlar üçün ən məqbul yer hesab edilir. Yəni bütün bunları nəzərə alsaq, deyə bilərik ki, aktiv müharibə olmadığı təqdirdə bunun qarşısını almaq çox çətindir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar