Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: "ABŞ dünyanın zibilxanasına çevrilib"

Tramp dünya müharibəsi ssenarisinə görə hakimiyyəti günahlandırıb...

ABŞ-nin keçmiş prezidenti Donald Tramp yaxınlaşmaqda olan üçüncü dünya müharibəsi ssenarisinə görə hazırkı dövlət başçısı Cozef Baydeni ittiham edib.

“Report” xəbər verir ki, o, bu barədə Florida ştatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkəni səriştəsiz insanlar təmsil etdiyinə görə ABŞ indi üçüncü dünya müharibəsinə öz tarixində heç vaxt olmadığı qədər yaxındır: “Biz bu ssenariyə heç vaxt olmadığı qədər yaxınıq. Bunun yeganə səbəbi bizmi yerimizdə səriştəsiz insanların olmasıdır”.

D.Tramp qeyd edib ki, indi əsas vəzifə ABŞ-nin təhlükəsizliyinin təmin olunmasıdır: “Mən 4 il ərzində həm ölkəmizin, həm də İsrail və Ukraynanın təhlükəsizliyini təmin etdim. Mən dünyanı qorudum. Nə Şərqi Avropa, nə də Yaxın Şərqdəki hadisələr mənim hakimiyyətim dövründə baş verə bilməzdi”.

Keçmiş prezident söyləyib ki, C.Baydenin dövründə ABŞ dünyanın zibilxanasına çevrilib.

Qeyd edək ki, D.Tramp əvvəllər də dəfələrlə C.Baydeni tənqid edib və onun altı yaşındakı uşaq ağlında olduğunu deyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar