Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranla sərhəddə PUA qaldırılıb, 42 kq narkotik götürülüb - Foto

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb...

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 42 kiloqram 85 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Poliqon xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, noyabr ayının 1-də saat 14:40-da Zəngilan rayonunun Hacalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 7 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Həmin tarixdə, saat 18:35-də Füzuli rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərasizində sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd pozucusunun gizləndiyi yeri təyin etmək məqsədilə havaya pilotsuz uçuş aparatı qaldırılıb, xidməti itlər də cəlb edilməklə keçirilmiş kompleks sərhəd axtarış tədbirləri nəticəsində 1 nəfər İran vətəndaşı saxlanılıb.

Saxlanılan şəxsin uzun illərdir müqabil ərazidə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşmanın üzvü olduğu müəyyən edilib, üzərinə baxış zamanı ümumi çəkisi 31 kiloqram 50 qram narkotik vasitə (3 kq metamfetamin, 28 kq marixuana, 0.50 qr tiryək) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 2000 ədəd Metadon M-40, 600 ədəd Pregabalin-150 müxtəlif təyinatlı dərman preparatları aşkarlanıb.

Noyabrın 4-də saat 10:55-də Füzuli rayonu Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qaçaqmalçılar tərəfindən gizlədilmiş 3 kiloqram 385 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar