Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədəki Laçın məktəbi bağlanıb: Təhsil müəssisəsində dörd şagird qalıb - Video

Bərdə rayonunun Qaradəmirçi kəndində fəaliyyət göstərən Laçın rayonu, Aşağı Fərəcan kənd orta məktəbinin bağlandığı bildirilir. Bu iddia ilə məktəbin işçiləri çıxış edib...

Xezerxeber.az-ın məlumatına görə, Yasəmən Ələkbərova deyib ki, məktəbdə o və ailə üzvləri çalışıblar.

Ənənəvi olaraq sentyabr ayında işə başlamaq üçün gəlsələr də, direktor bu il məktəbin fəaliyyət göstərməyəcəyini bildirib.

1995-ci ildən fəaliyyət göstərən təhsil müəssisəsi üçün 20 il öncə qeyri-hökumət təşkilatı tərəfindən bir neçə sinif otağı tikilib.
Məktəbin müəllim və texniki işçiləri verilən qərarla razılaşmaq istəmirlər.

Məktəb direktoru Etibar Nəbiyev isə bildirib ki, təhsil ocağı uzun illərdir köçkün həyatı yaşayır. İki il əvvəl Qaradəmirçi kəndinin ərazisində müasir standartlara uyğun yeni məktəb binası tikildiyindən şagirdlər həmin məktəbə yönəldiliblər. Məktəbdə təhsil almaq üçün cəmi 4 uşaq qalıb.

Mövzu ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən isə bildirilib ki, ki, sözügedən məktəb bağlanmayıb, fəaliyyətini davam etdirir. Məktəbin bağlanması ilə bağlı rəsmi qərar yoxdur. Gələcəkdə şagird sayının kəskin azalması ilə bağlı olaraq Aşağı Fərəcan kənd tam orta məktəbinin fəaliyyəti dayandırılarsa, məktəbin pedaqoji və texniki heyətinin digər ümumtəhsil müəssisələrində ixtisasları üzrə işlə təmin olunması məsələsinə baxılacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək

Ən çox oxunanalar