Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda elit toxumların satış qiymətinin yuxarı həddi artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” qərarına dəyişiklik edib.

Poliqon.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Kənd Təsərüffatı Nazirliyi hər növbəti il üçün kənd təsərrüfatı bitkiləri istehsal edən Nazirliyin toxum istehsal edən elmi müəssisə və təşkilatlarının maşın və mexanizmlərə, gübrələrə, pestisid və avadanlıqlara olan tələbatını müəyyən edəcək. İndiyənədək buğda toxumunu istehsal edən Aqrar Elm
Mərkəzinin təsərrüfatları və dövlət kənd təsərrüfatı istehsalı müəssisələrin tələbatı müəyyənləşdirilirdi.

“Aqroservis” ASC-yə tapşırılıb ki, ilk növbədə toxum istehsal edən elmi müəssisə və təşkilatlarının, özəl toxumçuluq təsərrüfatlarının aqrotexniki xidmətlərinin genişləndirilməsini təmin etsin.

Bundan başqa, aqrotexniki xidmətlərinin qiyməti “Aqroservis” ASC tərəfindən Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla təsdiq ediləcək.

Həmçinin Nazirliyin toxum istehsal edən elmi müəssisə və təşkilatları tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi kvota əsasında istehsal edilən elit toxumlar istehsal xərclərinin 70 %-dən yuxarı olmayan qiymətə toxumçuluq təsərrüfatlarına satılacaq, bu da, əvvəlki göstərici ilə müqayisədə 20 faiz bəndə yaxın çoxdur. Eləcə də, əldə edilən vəsait həmin elmi müəssisə və təşkilatların işçilərinin sosial müdafiəsinin və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

Poliqon.info 


Etiket: Toxum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü

Ən çox oxunanalar