Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanda məxfi toplantı: separatçıların Bakıya qarşı planı...

Qarabağdan Ermənistana qaçan separatçılar yenidən fəaliyyətə başlamağa, Azərbaycana qarşı separatizmi davam etdirməyə hazırlaşır.

Poliqon.info publika.az-a istinadən xəbər verir ki, qondarma rejimi ləğv edən separatçıların sonuncu "başçısı" Samvel Şahramanyan İrəvanda bu qərarından imtina edəndən sonra "gələcəkdə nə etmək" haqda müzakirələrə başlayıb.

Ermənistan mediasının məlumatına görə, separatçılar dünən "Marriott" otelində qapalı toplantı keçirib. Toplantıda Şahramanyanla yanaşı, artıq mövcud olmayan qondarma "parlamentin keçmiş rəhbəri" olmuş Aşot Qulyan, qondarma "deputatlar" və digər separatçılar iştirak edib.

Qapalı toplantı bir neçə saat davam edib. Detallar açıqlanmır, amma əsas müzakirənin Xankəndidə qondarma rejimin ləğvi ilə bağlı verilən qərardan imtina edilməsi və bundan sonra atılacaq addımlarla bağlı olduğu deyilir.

Aşot Qulyan artıq prosesin başlandığını və yenidən fəaliyyətə keçmək haqda düşündüklərini deyib.

Separatçıların qondarma "nazir müavinlərindən" olmuş Artur Ayrapetyan isə qeyd edib ki, qapalı toplantıda baş verənlərə görə məsuliyyət məsələsini müzakirə ediblər, lakin əsas mövzu qarşıda atılacaq addımlarla bağlı olub. Eyni zamanda, Qarabağa qayıtmaq məsələsini müzakirə ediblər. Hərçənd, separatçılar erməni əhalisinin mövcud şərtlərlə - Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda qayıtmasına qarşıdırlar. Məlumata görə, toplantıda bu məsələ xüsusilə müzakirə edilib. Onlar hansısa "status", yaxud "beynəlxalq zəmanət" altında qayıtmaq imkanları haqda düşünür.

Qərara alınıb ki, özləri tərəfindən ləğv edilmiş qondarma "artsax"ı qoruyub saxlasınlar və Ermənistanda fəaliyyətlərini davam etdirsinlər. Qarşıdakı dövrdə yeni toplantıların keçiriləcəyi, erməni separatizminin dirçəldilməsi istiqamətində aktiv fəaliyyəti bərpa edəcəkləri gözlənilir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ən çox oxunanalar