Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda VII Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bu gün Bakıda VII Beynəlxalq Bankçılıq Forumu ("IBF-2023") işə başlayıb.

Poliqon.info xəbər verir ki, sabah başa çatacaq tədbir "Azərbaycan Banklar Assosiyasiyası" (ABA) İctimai Birliyinin “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.

Forumun əsas mövzusu "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq"dır. Tədbir "İmkanların azad olması: neobanklar və maliyyə ekosistemi", "Özünəxidmətin yeni sərhədi", "Maliyyə texnologiyaları və trendlər", "Ödənişlərin təkamülü: minimum təmasa doğru", "Əməliyyat səmərəliliyi üçün data və təhlil strategiyası", "Rəqəmsal maliyyə ekosistemində fırıldaqçılığın proaktiv formada qarşısının alınması imkanları", "ESG bankçılığı", "Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyada pul köçürmələri" mövzularını da əhatə edir.

IBF Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum banklarla yanaşı, tənzimləyici orqanın, fintex şirkətlərinin, müxtəlif assosiasiyaların, beynəlxalq maliyyə təşkilatlarının, yerli səfirliklərin, akademik dairələrin və tanınmış şirkətlərin rəhbər şəxslərini bir araya gətirir.

Poliqon.info 


Etiket: Forum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Ən çox oxunanalar