Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken: Qəzza zolağına Fələstin milli adminstrasiyası nəzarət etməlidir

ABŞ Dövlət Katibi Antoni Blinken Fələstin Milli Administrasiyasının Qəzza zolağının idarə edilməsi üçün ən yaxşı variant olacağını deyib...

Poliqon xəbər verir ki, bu barədə Entoni Blinken Konqresdəki dinləmələrdə bildirib. Dövlət Katibinin sözlərinə görə, İsraillə radikal HƏMAS hərəkatının döyüşçüləri arasında hərbi əməliyyatlar başa çatdıqdan sonra anklav ərazisinə məhz Fələstin adminstrasiyası nəzarət etməlidir.

“Ən təsirli və məntiqli həll effektiv və yenilənmiş Fələstin Milli Administrasiyasının Qəzza zolağında nəzarəti və son nəticədə təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməsi olardı”, deyə Blinken Konqresdəki dinləmələrdə deyib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət Qəzza zolağının taleyini birgə həll etməlidir və bu, yaxın gələcəkdə edilməlidir.

Dövlət Departamenti rəhbərinin vurğulayıb ki, sektorda hakimiyyətin İsrailə ötürülməsi və ya hakimiyyəti HƏMAS hərəkatında saxlamaq variantları “heç kəs üçün” məqbul deyil.

Qeyd edək ki, 1967-ci ildən 2005-ci ilə qədər Qəzza zolağı İsrailin nəzarəti altında olub, orada İsrail hakimiyyəti və təhlükəsizlik qüvvələri fəaliyyət göstərib. 2005-ci ilin avqustunda Birtərəfli Qoşulma Planının icrası zamanı İsrail sektordan qoşunlarını çıxarıb və yaşayış məntəqələrini də ləğv edib. 2007-ci ildə Fələstin HƏMAS hərəkatı Qəzza zolağında hakimiyyəti ələ keçirib.

İsrail və HƏMAS arasında hərbi münaqişə oktyabrın 7-də başlayıb. Son məlumatlara görə, İsraildə 1,4 min, Qəzza zolağında isə 8,5 min dinc sakin həlak olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar