Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailli siyasətçi Moskvanı təhdid edib: Rusiya etdiklərinin əvəzini ödəyəcək...

İsrailin hakim partiyasının üzvü Kremlə qaçılmaz qisasla bağlı xəbərdarlıq edib...

Amir Veytman: “Moskva bizə qarşı soyqırım törətmək istəyən nasistləri dəstəkləyir və Rusiya bunun əvəzini ödəyəcək”.

İsrailin hakim “Likud” partiyasının liberal qanadının lideri Amir Veytman söz verib ki, Moskva İsrailə hücum edənləri dəstəklədiyinə görə cəzalandırılacaq.

Poliqon xəvər verir ki, Veytman bu barədə Rusiyanın dövlət telekanalı RT-nin efirində bildirib. Kanal yayımın fraqmentini X sosial şəbəkəsində yayımlayıb.

Sitat: “Mən başa düşürəm ki, siz rus maaşınızı Rusiya dövlətindən alırsınız və başa düşürəm ki, bu, Rusiya təbliğatıdır. Ancaq çox diqqətli olmalısınız, çünki biz bu müharibəni bitirəcəyik. Ondan sonra isə Rusiya ilə hesablaşacağıq. İnanın mənə, Rusiya etdiklərinin əvəzini ödəyəcək. Moskva bizə qarşı soyqırım törətmək istəyən nasistləri dəstəkləyir və bunun əvəzini Rusiya ödəyəcək. Biz bu müharibədə qalib gələcəyik. Ondan sonra nə etdiyinizi unutmayacağıq. Biz unutmayacağıq və gəlib Ukraynanın qalib gələcəyinə əmin olacağıq, etdiklərinizin əvəzini ödəyəcəyinizə əmin olacağıq”, deyə Veytman RT telekanalının efirində bildirib.

Verilişin mövzusu Qəzza zolağında xəstəxana yaxınlığında hücum olub. RT yüzlərlə insanın ölümü ilə nəticələnən bu hücumu İsrailin hava zərbəsi olduğunu bildirib. Veytman xəstəxanaya İsrail tərəfindən heç bir hücum olmadığını söyləyib və bu barədə yayılan xəbərləri RT tərəfindən təkrarlanan Fələstin təbliğatı adlandırıb. “Bu da onu göstərir ki, RT telekanalı yalan yeridir”, deyə israilli siyasətçi əlavə edib.

Qeyd edək ki, “Likud” İsraildə hakim partiyadır, onun lideri Benyamin Netanyahu ölkənin Baş naziri vəzifəsini icra edir. Veytman partiyanın liberal qanadının yaradıcısıdır. Lakin siyasətçi İsrail hökumətində vəzifə tutmur və parlamentdə oturmur.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra İsrail Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərb ölkələrinin arxasınca getmədi. Ölkənin xarici işlər naziri Eli Koen bildirib ki, Təl-Əviv Ukraynanı dəstəkləyir, lakin Moskvanın Yaxın Şərqdəki rolunu, eləcə də Rusiyada yüz minlərlə yəhudinin yaşadığını nəzərə alır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Ən çox oxunanalar