Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanada Hindistandan 41 diplomatı geri çağırıb

Kanadanın xarici işlər naziri Melani Coli bildirib ki, Kanada Hindistandan 41 diplomatı onların təhlükəsizliyinə təhdidlərə görə geri çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyinin məlumatında bildirilir.

Qeyd edək ki, oktyabrın əvvəlində Hindistan hakimiyyəti onların diplomatik toxunulmazlıqlarını ləğv etməklə hədələyib. Ölkədə 21 kanadalı diplomat qalacaq.

“Qırx bir kanadalı diplomat və onların 42 ailə üzvü hər gün toxunulmazlıqlarını itirmək riski altında idi ki, bu da onların şəxsi təhlükəsizliyini riskə atardı. Diplomatlarımız və onların ailələri artıq Kanadaya qayıdıblar”, deyə nazir bildirib.

Melani Coli qeyd edib ki, diplomatik toxunulmazlıqdan məhrumetmə görünməmişbeynəlxalq hüquqa zidd addımdır. Bu səbəbdən, xanım Coli bildirib ki, Kanada Hindistan diplomatlarına qarşı oxşar tədbirlər görməyəcək.

“Diplomatik imtiyazların və immunitetlərin birtərəfli qaydada ləğvi beynəlxalq hüquqa ziddir və Diplomatik Münasibətlər haqqında Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır. Bununla bağlı təhdidlər əsaslı deyil və eskalasiyaya gətirib çıxarır”, deyə nazir əlavə edib.

Xatırladaq ki, sentyabr ayında Kanadanın Baş naziri Castin Trüdonun Kanadada sikx icmasının liderlərindən birinin qətlində Hindistan kəşfiyyat xidmətlərinin əli ola biləcəyini açıqlamasından sonra iki ölkə arasında münasibətlər pisləşib. Kanada Xarici İşlər Nazirliyi yüksək rütbəli hind diplomatının ölkədən qovulduğunu elan edib və Hindistan buna cavab olaraq kanadalı diplomatı ölkədən çıxarıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Ən çox oxunanalar