Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zurabişvili Avropa İttifaqını Gürcüstanı “tərk etməməyə” çağırıb

Salome Zurabişvili impiçmentlə bağlı parlamentdə çıxışı zamanı Avropa Birliyini Gürcüstanı tərk etməmək üçün çağırış edib...

Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü arzusu” partiyasının dövlət başçısına impiçment elan etmək cəhdinə baxmayaraq, Aİ-ni ölkəni tərk etməməyə və Rusiyanın “bu regionda öz təsirini gücləndirməsinə” imkan verməməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinin məlumatında bildirilir.

Qeyd edək ki, avqustun sonunda Salome Zurabişvili Avropa İttifaqı ölkələrinin liderləri ilə görüş keçirib. Avropa səfəri üçün prezident Gürcüstan parlamentindən qabaqcadan icazə almayıb ki, bu da Gürcüstan konstitusiyasının pozulması kimi dəyərləndirilib.

Gürcüstan Konstitusiya Məhkəməsinə ölkə prezidentinin impiçmenti üçün ərizəni hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze də daxil olmaqla 80 parlament üzvü təqdim edib. Nəticədə Gürcüstan Konstitusiya Məhkəməsi dövlət başçısının qanunu pozduğunu tanıyıb. Məhkəmənin qərarı parlament tərəfindən təsdiqlənməlidir və bu halda prezident vəzifəsindən kənarlaşdırılmış hesab olunacaq.

Parlamentdə çıxış edən Salome Zurabişvili “bu çətin zamanda” avropalı tərəfdaşlara müraciət etmək istədiyini bildirib.

“Mən onları bu anti-Avropa impiçmentinə baxmayaraq, Gürcüstanı tərk etməməyə çağırmaq istərdim. Rusiyaya yumşaq güc, dolayı işğal və ya Qara dənizin sabitliyini pozmaqla bu regionda təsirini artırmasına imkan verilməməlidir”, deyə Zurabişvili parlamentdə çıxışında bildirib.

Prezident həmçinin vəd edib ki, o, planını başa çatdıracaq və ilin sonuna qədər Gürcüstanın Aİ üzvlüyünə namizəd statusu almasına kömək edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar