Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Avropa Parlamentindəki çıxışında hansı məqamlar diqqət çəkdi?..

Avropa Parlamentində Ermənistanın Baş naziri Nikol Paşinyanın dünənki çıxışında Azərbaycanla bağlı səsləndirdiyi fikirlər hansı təəssürat yaratdı...

Politoloq: “Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı kifayət qədər diqqət çəkdi”.

“Paşinyan deyir ki, Azərbaycan prezidenti Ermənistanın ərazi bütövlüyünü dilə gətirmir. Amma Paşinyanın unutduğu şey var ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini tanıyır və Azərbaycanın heç bir ərazi iddiası yoxdur”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistanın Baş nazirinin Avropa Parlamentindəki çıxışını Poliqon-a şərh edərkən qeyd edib.

Avropa Parlamentində Ermənistanın Baş naziri Nikol Paşinyanın dünənki çıxışını necə dəyərləndirmək olar? Bu çıxış hansı aspektdən daha çox diqqət çəkdi? Xüsusi ilə Paşinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər hansı təəssürat yaratdı?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Paşinyan arqumentsiz şəkildə fikir irəli sürür və bunun cavabsız qalacağını düşünür”.

Prezident İlham Əliyevin Tiflisdə Gürcüstanın vasitəsilə keçiriləcək üçtərəfli görüşdə tərəflərin konkret rəqəmlər əsasında imza ata biləcətini deməsini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistan bundan da imtina edib və Fransanın iştirakı ilə görüşlərin keçirilməsini istəyir:

Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı kifayət qədər diqqət çəkdi. Lakin təəssüf ki, Paşinyan yenə saxta məlumatlar deyirdi və məsələnin manipulyasiyası edilməsi işinə baxırdı. Məsələn Paşinyanın dediklərinə baxaq:

Birinci, Paşinyan Ermənistanın təhlükəsizlik sistemi sayılan KTMT-nin onları tək qoyduğunu deyir. Halbuki, KTMT-nin Azərbaycan-Ermənistan münaqişəsinə müdaxilə etməsi, habelə 44 günlük Vətən müharibəsi zamanı, Azərbaycanın keçirdiyi antiterror əməliyyatları zamanı onların müdaxilə etmək üçün hüquqi bazası yox idi. KTMT-nin 4-cü bəndində qeyd olunur ki, tərəflərdən birinin ərazisinə başqa bir ölkə hücum edərsə, bu zaman KTMT də ona dəstək verə bilər.

İndi Paşinyan iddia edir ki, KTMT onları tək qoyub. Amma burada bir məqam var ki, Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə nə 44 günlük Vətən müharibəsi zamanı, nə də ondan sonrakı dövrdə müdaxilə etməyib. Əksinə, KTMT üzvü olan Rusiya digər KTMT ölkələrinin ərazisindən keçməkləErmənistana 500 tona yaxın silah yardımı edib. Təbii ki, unutmadığmız bir məqam da Rusiyanın Ermənistana verdiyi İsgəndər raketləridir. Yəni, əgər Paşinyan KTMT yardımından danışırsa, hər halda bundan artıq yardım olmamlıdır.

Turan Rzayev: “Əgər Azərbaycan ermənilərinin köçməsinin qarşısını zorla alsaydı bu zaman erməni lobbisi və diasporası, habelə Paşinyan kampaniya başladardı ki, azərbaycanlılar Qarabağda erməniləri blokadada saxlayır”.

İkinci, Paşinyan deyir ki, bəziləri guya bu gün Dağlıq Qarabağ ermənilərinin niyə kütləvi şəkildə evlərini tərk etdiklərini başa düşmürlər. Bir növ Paşinyan Dağlıq Qarabağ ermənilərinin ərazidən köçməsini başa düşmür və beynəlxalq rəsmilərin də verdiyi reaksiyalardan təəccübləndiyini qeyd edir.

Bildiyimiz kimi Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri zamanı heç bir mülki obyektə, mülki şəxsə zərər dəyməyib. Hətta, biz əməliyyatlar zamanı pilotsuz uçuş aparatları ilə yüksək dəqiqliklə çəkilən əməliyyatlardan da gördük ki, ərazidə mülki obyekt, şəxs olanda hücum dərhal dayandırılırdı. Əməliyyatlardan sonra da Azərbaycan erməni əhalinin ərazidə qalmasını, istəyənlərin isə gedə biləcəyini bildirdi. Əgər Azərbaycan ermənilərinin köçməsinin qarşısını zorla alsaydı bu zaman erməni lobbisi və diasporası, habelə Paşinyan kampaniya başladardı ki, azərbaycanlılar Qarabağda erməniləri blokadada saxlayır. Əgər biz onları məcbur şəkildə qovsaydıq bu zaman da etnik təmizləmə siyasəti apardığımızı deyərdilər. Əslində indi bunu deyirlər.

Azərbaycan etdiyi məsələlər tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə və Azərbaycan konstitusiyasına uyğundur. Bunun ən böyük dəlili də, Azərbaycan BMT missiyasının regiona səfər etməsinə razı olmasıdır. Bundan əlavə həmin missiyanın tərkibində bir çox media resurslarının da ərazi gəlməsinə icazə verildi. BMT missiyası əraziyə gəldi, yoxlanış apardı və məlum oldu ki, Azərbaycan həmin ərazilərdə mülki obyektlərə zərər vurmayıb, mülki şəxslər də ərazidən zorla deyil, öz istəkləri ilə gedir. Bunu təsdiqləyən videomateriallar da var. Bu da Paşinyanın növbəti dəfə iddialarını çürüdür.

Turan Rzayev: “Paşinyan Dağlıq Qarabağ ermənilərinin ərazidən köçməsini başa düşmür və beynəlxalq rəsmilərin də verdiyi reaksiyalardan təəccübləndiyini qeyd edir”.

Üçüncü məsələ, Paşinyan deyir ki, Azərbaycan prezidenti Ermənistanın ərazi bütövlüyünü dilə gətirmir. Amma Paşinyanın unutduğu şey var ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini tanıyır və Azərbaycanın heç bir ərazi iddiası yoxdur. Hətta, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasını istəyirik. Əslinə qalanda, prezidentin bildirdiyi beynəlxalq hüquqla tanınan ərazilər 29 min 800 kvadrat kilometr ərazi deməkdir.

Bundan əlavə cənab prezident həm də onu da deyib ki, Tiflisdə Gürcüstanın vasitəsilə keçiriləcək üçtərəfli görüşdə tərəflər konkret rəqəmlər əsasında imza ata bilər. Amma Ermənistan bundan da imtina edib və Fransanın iştirakı ilə görüşlərin keçirilməsini istəyir. Azərbaycan da Fransanın destruktiv mövqeyini və proseslərdə sərgilədiyi qərəzli mövqeyi yaxşı bilir. Buna görə də, rəsmi Bakı Fransanın iştirakı ilə heç Brüssel görüşlərini qəbul etmir.

Ermənistan öz istəklərini deyir. Amma göründüyü kimi məsələni çarpıdır. Eyni zamanda Ermənistan məsələni əsaslı surətdə izah etmir. Sadəcə Paşinyan arqumentsiz şəkildə fikir irəli sürür və bunun cavabsız qalacağını düşünür. Halbuki, Azərbaycan tərəfi proseslərə tamamilə adekvat, konstruktiv cavab verir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar