Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səməd Seyidov: Paşinyan tarixi şəraiti düzgün qiymətləndirə bilmədiyini göstərdi

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Avropa Parlamentindəki çıxışı ilə Azərbaycanın yaratdığı tarixi şəraiti, imkanı düzgün qiymətləndirə bilmədiyini göstərdi.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

Səməd Seyidov deyib ki, bu gün Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli birlikdə İtaliya Parlamentində geniş dinləmələrdə iştirak edib, Azərbaycanın qələbəsindən, onun uğurundan, əldə etdiyi nailiyyətlərdən, Azərbaycan-İtaliya münasibətlərindən söhbət açıblar. Onun sözlərinə görə, İtaliya-Azərbaycan münasibətləri inkişaf edir və xüsusilə bu dövrdə bu münasibətlər xüsusi önəm daşıyır: “İtaliya Parlamentində bizə diqqətlə qulaq asırdılar. Azərbaycan həqiqətlərini, Azərbaycanın gördüyü işləri Avropaya çatdırmaq üçün bu fürsətlərdən istifadə etmək vacibdir. Çünki təəssüflər olsun ki, bu gün Brüsseldə tamamilə başqa bir abu-havanın şahidi olduq. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edərək birtərəfli, heç bir reallığa əsaslanmayan, heç bir məntiqə sığmayan mülahizələr irəli sürüb. Ən faciəli məsələ ondan ibarətdir ki, gözümüzün qabağında guya bir ölkənin əsarətindən çıxmaq cəhdini göstərən Ermənistan başqa bir qurumun əsarəti altında aciz qalaraq yalvarır. Pul, vəsait, kömək, hansısa dəstək bunların dilindən düşmür”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri qeyd edib ki, Azərbaycanın əldə etdiyi qalibiyyət sanki bunların boğazında bir sümüyə çevrilib: “Azərbaycanda, regionda gedən prosesləri bu dərəcədə birtərəfli şərh etmək heç də Baş nazirə yaraşmayan məsələdir. Axı yaranmış bu vəziyyətin səbəbkarı var və o səbəbkar da Ermənistandır. Azərbaycan torpaqlarının işğalı, 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvasından didərgin düşməsi, Xocalı soyqırımı, Azərbaycan xalqının həm Ermənistandan, həm Azərbaycanın əzəli torpaqlarından didərgin salınması, etnik təmizləmələrin aparılması dilə gətirilmədi. Elə bil 30 il ərzində işğal olmayıb, azərbaycanlılara qarşı cinayətlər törədilməyib, baş verənlər Azərbaycan torpaqlarının işğalı ilə bağlı olmayıb. Bunların hamısını kənara qoyaraq, Azərbaycanın üstünə gəlmək, hansısa ittihamları irəli sürmək tamamilə məntiqsiz və gülünc görünür. Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Paşinyan Qarabağdakı separatçı, oyuncaq rejimə təbrik məktubu ünvanlamasından danışmırdı. Danışmırdı ki, Azərbaycan sülh danışıqlarını aparanda onlar təxribatla məşğul idi, Azərbaycanın Ağdam yolu vasitəsi ilə humanitar yardımından imtina etdilər, rasist yanaşmanı gündəmə gətirirdilər, regionda olan sülhməramlı qüvvələrin arxasında gizlənərək Azərbaycana meydan oxuyurdular. Danışmırdı ki, 3 il əvvəl məhz bu gün Gəncəni bombalamaq əmri verənlər hərbi cinayətlər törətmişdilər. Dilə gətirilən isə o idi ki, guya azərbaycanlılar erməniləri Qarabağdan güclə, təzyiq göstərərək çıxardıblar. Ancaq həqiqət fərqlidir. Bu həqiqətin İtaliyada ciddi siyasətçilərə də məlum olduğunu görürük. Paşinyan özü öz çıxışında etiraf etdi ki, BMT-də 3 dəfə bu məsələ qaldırsalar da, heç bir nəticə əldə edə bilməyiblər. Hətta başladı Avropa Parlamentini də ittiham etməyə ki, gözünüzü yummuşdunuz. Avropa Parlamenti nədən, hansı dırnaqarası həqiqətdən danışsın?!”.

Səməd Seyidov Ermənistan Baş nazirinin Avropa Parlamentində çıxışının bir-birinə ziddiyyət təşkil edən faktlardan ibarət olduğunu vurğulayıb: “Bir tərəfdən Azərbaycanı ittiham edirdi, digər tərəfdən Azərbaycanla sülhdən danışırdı. Bir tərəfdən azərbaycanlıların guya ermənilərə hansısa bir təzyiq göstərməsindən danışırdı, o biri tərəfdən isə Azərbaycanın şərtlərini qəbul etməyə hazır olduqlarını deyirdi. Demirdi ki, Fransa regionda faktiki vəziyyəti gərginləşdirmək istiqamətində fəaliyyət göstərir. Demirdi ki, oktyabrın 13-ü Bişkekdə keçirilən MDB sammitinə qatılmayaraq danışıqlardan qaçdı. Demirdi ki, birbaşa üz-üzə danışıqlardan imtina edir. Ancaq yalvarmasının, Avropa Parlamentində diz çökməsinin səbəbi başqadır. Məqsəd pul, vəsait, yazıq simasını göstərməklə siyasi divident əldə etməkdir. Ermənistanın bu istiqamətdə apardığı siyasət heç bir nəticə gətirə bilməz. Çox təəssüf ki, ermənilər iki dəfə kapitulyasiya aktını imzalayandan sonra yenə də başa düşmürlər ki, yeganə çıxış yolları Azərbaycanla bir masaya oturub səmimi danışıqlar aparmaqdır. Təəssüflər olsun ki, onlarda bu səmimiyyət yox imiş. Ona görə də Paşinyanın bu günkü çıxışı, yanaşması Avropa Parlamentinin özünə, insan haqlarına, demokratiyaya utanc gətirən bır çıxışdır. Bu, həm də Avropa Parlamentinin korroziyaya uğramış siyasətinin nəticəsidir. Mən heç də hələ Avropa Parlamentinin daxilində baş alıb gedən korrupsiyadan danışmaq istəmirəm. Bu qurumun vitse-prezidenti həbsdədir. Çox təəssüf ki, Paşinyan Avropa Parlamentində belə çıxış etməklə Azərbaycan tərəfindən yaradılan tarixi şəraiti, imkanı əldən buraxır. Bu isə böyük və ağlasığmaz faciələrə gətirib çıxara bilər”.

Parlamentin komitə sədri bildirib ki, Ermənistan Baş naziri yolların, kommunikasiyaları açılması ilə bağlı reallıqdan tamamilə uzaq fərziyyələr irəli sürür: “Başa düşmür ki, Azərbaycanın xoş niyyəti olmadan regionda kommunikasiyalar, yollar, bütün layihələr mümkün deyil. Azərbaycansız Paşinyanın hansısa təklifləri, planları regionda həyata keçirilə bilməz”.

Poliqon.info


Etiket: Səməd Seyidov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Ən çox oxunanalar