Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Kiprin Prezidenti: "Türkiyə və Azərbaycanla bağlarımızı qoparmaq mümkün olmayacaq"

"Bizim Türkiyə və Azərbaycan ilə bağlarımızı qoparmaq mümkün olmayacaq".

“Report”un xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar şərəfinə verilən rəsmi ziyafətdəki çıxışı zamanı deyib.

"Biz talenin birləşdirdiyi eyni millətin övladları olaraq Türkiyə ilə birlikdə Azərbaycanın yanındayıq. Başqalarının boyunduruğu altında yaşamağa məcbur edilsək də, bizim mübarizəmiz davam edir. Bu gün Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüyük. Bu isə türkdilli dövlətlərin bizə olan dəstəyinin bir nümunəsidir", - E.Tatar bildirib.

O Azərbaycanla Şimali Kipr Türk Respublikası ilə bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün ortaya qoyulan iradədən ötrü Prezident İlham Əliyevə təşəkkür edib.

"Son dövrlərdə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsindən olduqca məmnunuq. Bizim həm dildə, həm də fikirdə birgə hərəkət etməyimiz gələcək üçün bir ümid olacaq. Ümid edirəm ki, bundan sonra bütün sahələrdə münasibətlərimiz artan xətlə davam edəcək", - E.Tatar əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ən çox oxunanalar