Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada prezident seçkiləri keçirilsə, ABŞ və Avropa Zelenskini dəstəkləyəcək

Avropa İttifaqı və ABŞ Ukraynada prezident seçkiləri keçiriləcəyi təqdirdə, hazırkı prezident Volodimir Zelenskinin namizədliyini dəstəkləyəcək...

Poliqon xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Avropa Parlamentinin deputatlarına istinadən məlumat yayıb.

Fransa parlamentinin deputatı Tyerri Marianinin sözlərinə görə, Avropa İttifaqının başqa bir namizədi dəstəkləməsini onun üçün təsəvvür etmək çətindir.

Almaniya parlamentinin deputatı Qunnar Bek bildirib ki, birlik çoxdan hazırkı prezidentin xeyrinə seçim edib.

Avropa İttifaqı üçün Ukrayna Zelenskidir, Zelenski isə Ukraynadır”, deyən deputat əlavə edib ki, Qərb Ukraynanı bölünmüş siyasi liderliyə malik bölünmüş millət kimi təqdim etməkdə maraqlı deyil.

Avropa Parlamentinin Xorvatiyadan olan üzvü İvan Vilibor Sinçiç Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı yekun qərarın ABŞ-da veriləcəyini deyib.

Qeyd edək ki, Ukraynada növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməlidir. Ölkənin xalq deputatı Yaroslav Jeleznyak bəyan edib ki, Ukraynanın 2024-cü il büdcəsi layihəsində seçkilərlə bağlı xərclər nəzərdə tutulmayıb.

Hazırda Ukraynada hərbi vəziyyətə görə seçkilər keçirilmir. Ukraynada hərbi vəziyyətin müddəti bir neçə dəfə uzadılıb.

Xatırladaq ki, Zelenski 20 may 2019-cu ildə prezident seçilib. O, Petro Poroşenkodan sonra bu postu tutub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ən çox oxunanalar