Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan: “Ermənistan bütün regional kommunikasiyaların açılmasında maraqlıdır”

“Ermənistan bütün regional kommunikasiyaların açılmasında maraqlıdır”...

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin tezliklə açılmasına dair bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan Horadiz-Meğri-Ordubad-Yerasx dəmir yolunun yenidən işə salınmasının əleyhinə deyil: “Üstəlik, bu, Ermənistan üçün mühüm layihədir. İrəvan həmçinin regional nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır. Biz Ermənistan ərazisindən keçən regional qaz kəmərlərinin, neft kəmərlərinin və elektrik xətlərinin də əleyhinə deyilik. Ermənistan bütün bu layihələrin həyata keçirilməsində maraqlıdır”.

N.Paşinyan qeyd edib ki, Ermənistan layihələrin icrasında səmimidir: “İrəvan sabah da regional kommunikasiyaları işə salmağa hazırdır”.

Qeyd edək ki, A.Uraloğlu bu gün İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda Zəngəzur dəhlizinin tezliklə açılacağını söyləyib.

Poliqon.info


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Ən çox oxunanalar