Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyada faciə böyüyür: 5,3 min nəfər ölüb, 10 min insan itkin düşüb

Liviyanın şimal-şərqində daşqınlar və iki bəndin uçması 5 mindən çox insanın həyatına son qoyub, daha 10 min nəfər isə hələ də itkindir...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Liviyanın Şərq Administrasiyasının Daxili İşlər Nazirliyinin məlumatına görə, daşqın nəticəsində azı 5300 nəfərin öldüyü güman edilir. Administrasiyanın səhiyyə naziri Osman Əbdülcəlil bildirib ki, ən çox dağıntıya məruz qalan Derna şəhərində 6 minə yaxın insan itkin düşmüş hesab olunur.

Səlahiyyətlilərin sözlərinə görə, "Daniel" fırtınası iki bəndin dağılmasına səbəb olub, onların vasitəsilə su Dernaya doğru axaraq fəlakətli dağıntılara səbəb olub.

Liviya Milli Ordusunun sözçüsü Əhməd Mismari bildirib ki, üç körpü dağıdılıb: "Su axını bütün əraziləri yuyub, dənizə aparıb", deyə Əhməd Mismari bildirib.

Dernada xəstəxanalar bağlanıb, meyitxanalar dolub. Şəhərdə telefon xətləri də işləmir ki, bu da xilasetmə işlərini çətinləşdirir.

Artıq Türkiyə və İtaliyadan olan təyyarələr humanitar yardımla Liviyaya gəlib. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ölkəyə yardım və axtarış-xilasetmə qruplarının göndərilməsi barədə göstəriş verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Ən çox oxunanalar