Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavanşir Məmmədovun keçmiş kürəkəninin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı Mustafa Kemal İbilinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb...

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Kemal İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Kemal İbili C.Məmmədov və ailə üzvlərinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsirli bilmir, əksinə zərərçəkmiş olduğunu deyir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, təqsirləndirilən şəxs dəfələrlə verilişlərə çıxaraq C.Məmmədovun qızının onu aldatdığını, ailə quracağını deyərək ona 300 min dollara yaxın hədiyyələr aldırdığını iddia edib. O, C.Məmmədovun qızı ilə Türkiyədə Sultan Ahmet məscidində isə imam nikahı bağladığını qeyd edib.

Müğənni isə iddiaları təkzib edib, İbilinin qızı ilə nikahı olmadığını deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar