Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FİFA İspaniyada Federasiya prezidentini vəzifəsindən kənarlaşdırdı

İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales avqustun 26-dan etibarən 90 gün müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən və vəzifəsindən kənarlaşdırılıb.

Poliqon.info APA-ya istinadən bildirir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi qərar qəbul edib.

Luis Rubiales bağlı qərar FİFA-nın avqustun 20-da baş vermiş olayla əlaqədar apardığı araşdırma fonunda qəbul edilib. Avqustun 20-də qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya yığması Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Medalların təqdim olunma mərasimində Luis Rubiales İspaniya yığmasının kapitanı Cennifer Ermosonun dodaqlarından öpüb.

Luis Rubiales avqustun 25-də bəyan edib ki, postunu tərk etmək niyyətində deyil. Bununla belə, "sports.ru" nəşri yazıb ki, 80-dən artıq futbolçu, o cümlədən Cennifer Ermoso da daxil olmaqla dünya çempionatının 23 iştirakçısı Luis Rubialesin İspaniya Futbol Federasiyasının prezidenti kimi qalacağı halda yığmada oynamaqdan imtina edib.

Poliqon.info 


Etiket: FİFA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ən çox oxunanalar