Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağcabədidə məzarlıqdan və fermadan oğurluq edənlər saxlanılıblar

Ağcabədidə oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıblar...

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki qəbiristanlıqdan oğurluq edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elnur Xanlarov saxlanılıb.

Onun məzarların ətrafındakı alüminiumdan olan bəzək əşyalarını oğurladığı müəyyən edilib. Qeyd edilən əşyalar maddi sübut kimi aşkarlanaraq götürülüb.
Bundan əlavə, digər bir tədbirlə ötən aylardan qeydə alınan oğurluq əməlinin açılması da təmin edilib. Belə ki, rayonun Yuxarı Avşar kəndindəki otlaq sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub. Davam etdirilən əməliyyatla qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də məhkumluq həyatı yaşayan Davud İbrahimov saxlanılıb. Onun iribuynuzlu heyvan oğurlamaqla vətəndaşa 2000 manat dəyərində ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Ən çox oxunanalar