Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Köhnə "iPhone" istifadəçilərinə şad xəbər: "Apple" 65 dollar ödəyəcək

"Apple" şirkəti smartfonlarının sürəti azalan "iPhone" istifadəçilərinə təzminat ödəməyə başlayacaq...

Poliqon Publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Mercury News" məlumat yayıb.

Bildirilib ki, korporasiya məhkəmə yolu ilə cihazlarda problem olduğunu bildirən smartfon sahiblərinə hər birinə 65 dollar və ya təxminən 110,11 AZN ödəyəcək. "Ümumilikdə, "Apple" təxminən 500 milyon dollar ödəyəcək. Bu barədə korporasiyanın hüquqşünasları və smartfon sahibləri hələ 2020-ci ildə razılaşıblar.

Amerika brendinin cihazlarının istifadəçilərinin şirkəti köhnə smartfonların işini qəsdən yavaşlatmaqda günahlandırdığı məhkəmə iddiası hələ 2017-ci ildə qaldırılmışdı. Ümumilikdə 3 milyona yaxın istifadəçi korporasiyaya qarşı iddia qaldırıb. Məlumdur ki, köhnə akkumulyatoru olan qurğular daha yavaş işləyə bilərdi, lakin "Apple" ilkin olaraq qadcetlərinin bu xüsusiyyətini tanımırdı.

İddiaçıların nümayəndələrinin sözlərinə görə, "iPhone 6", "6 Plus", "6s", "6s Plus", "SE", "7" və "7 Plus" smartfonlarının sahibləri kompensasiya alacaqlar. 2020-ci ildə müraciət edən istifadəçilər ödənişə arxalana biləcəklər.

2022-ci ilin iyul ayında məlum olub ki, "Apple" problemli klaviaturası olan "MacBook" sahiblərinə 50 milyon dollar ödəyəcək. Müqavilə 2015-2019-cu illər arasında "MacBook", "MacBook Air" və əksər "MacBook Pro" modellərini almış müştəriləri əhatə edirdi.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb - Video

İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü

Ən çox oxunanalar