Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda bank işçiləri 4 milyon dollardan çox pul oğurlayıb...

Ermənistanda kollektor şirkətinin əməkdaşı və banklardan birinin plastik kartlara xidmət şöbəsinin mütəxəssisi bankomatları yükləyib-boşaldarkən 1,6 milyard dram (4 milyon dollardan çox) pul oğurlayıblar…

Poliqon xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bankın əməkdaşı G. G. və “Kolleksiya Xidmət Ermənistan” QSC-nin inkassatoru 160-a yaxın oğurluq edib. Sözügedən iki şəxs və onların əlaltıları ilə bağlı iş ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilib.

İş materiallarına görə, cinayət sxeminə digər inkassatorlar və bank işçiləri də cəlb olunub. Oğurluq 2021-ci ilin aprel ayından noyabr ayına qədər 1000-20000 dram (təxminən 2,5 dollardan 50 dollara qədər) olan əskinasları oğurlayan üç inkassator tərəfindən törədilib.

Belə ki, 35 milyon 260 min dramın (təxminən 90 min dollar) oğurlanmasında onların ortağı bankın mühafizə xidmətinin yüksək vəzifəli əməkdaşı, daha 26 milyon 20 min (təxminən 67 min dollar) oğurlanmasında isə bankın filiallarından birinin əməliyyat şöbəsinin baş mühasibi olub.

Daha sonra yuxarıda adı çəkilən G.G.-nin qardaşı daşınar əmlaka yiyələnib və dostunun köməyi ilə onu dəyişdirərək pulları “yuyub”.

Bu faktlar əsasında üç inkassator və bir bankın texniki xidmət mütəxəssisi etibar edilmiş əmlakı mənimsəməkdə, mütəxəssisin qardaşı və onun dostu çirkli pulların yuyulmasında, müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi isə cinayət əməllərində şəriklikdə ittiham olunublar. Onlara qarşı qabaqlayıcı tədbir kimi getməmək barədə qərar qəbul edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar