Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkumlar aşpazlıq kurslarına cəlb olunub - Fotolar

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin, Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Bakı istintaq təcridxanasında yeni pilot layihəyə start verilib...

Tədbirdə Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov, Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev və digər qonaqlar iştirak edib.

Bildirilib ki, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, islah və tərbiyə işlərinin təkmilləşdirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş şəxslərin peşə təhsilinə və ictimai faydalı əməyə cəlb olunması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Bu baxımdan, məhkumların sosial reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili, azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, onlar üçün həm maddi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyan ictimai faydalı əməyin təşkili məqsədilə mövcud istehsalat sahələrinin bərpası, yeni iş yerlərinin yaradılması və müxtəlif peşə sahələrinə yiyələnmələri üçün növbəti tədbirlər həyata keçirilməkdədir.

Layihə çərçivəsində məhkumları yaradılmış aşpazlıq kurslarına cəlb etməklə onlarda yeni peşə bacarığını formalaşdırmaq, eyni zamanda, müəssisələrdə hazırlanan yeməyin keyfiyyətini daha da yaxşılaşdırmaq nəzərədə tutulub.

Kursları bitirən məhkumlara sertifikatlar təqdim olunacaq və nəticədə onlar azadlığa çıxdıqdan sonra da yiyələndikləri peşə üzrə əmək fəaliyyətlərini davam etdirə biləcəklər.

Tədbir çərçivəsində, həmçinin, peşəkar ekspertlər kursa cəlb olunan məhkumlara nahar menyusuna uyğun mühazirələr söyləyib. Peşəkar mütəxəssislərin nəzarəti altında hazırlanmış yeməklər qonaq və ekspertlər tərəfindən dequstasiya olunduqdan sonra məhkumlara göndərilib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar