Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhəmməd Fərəcallah: “Səudiyyə Ərəbistanı neft qiymətlərini çökdürə bilər”

“Kiyev, Ər-Riyad və Vaşinqton arasında necə bir “böyük sövdələşmə”nin yarandığını görürəm. ABŞ istəyir ki, səudiyyəlilər qərbyönlü mövqe tutsunlar və Sovet İttifaqının (Rusiya isə SSRİ-dən zəifdir) süqutuna kömək edərkən soyuq müharibədə oynadıqları rolu təkrarlasınlar”...

Bu sözləri Oxu.Az-a açıqlamasında beynəlxalq siyasət üzrə ekspert, “Ukrayna ərəbcə” nəşrinin baş redaktoru, doktor Məhəmməd Fərəcallah Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə bağlı aparılan məsləhətləşmələrə münasibət bildirərkən deyib.

O qeyd edib ki, üç paytaxt arasında danışıqlar artıq bir ilə yaxındır ki, davam edir və Səudiyyə Ərəbistanı təhlükəsizlik zəmanəti istəyir:

“Ər-Riyada İrandan ciddi təhlükə var. Gündəlikdə siyasi, hərbi, nüvə təhlükəsizliyi və sair məsələlər durur. Bütün bunlar ABŞ Senatının qərarı ilə təsdiqlənməlidir. Səudiyyə Ərəbistanının istəklərini yerinə yetirmək müqabilində ABŞ, dediyim kimi, istəyir ki, Ər-Riyad Qərbin tərəfini tutsun. Səudiyyə Ərəbistanı yaxşı bilir ki, uzun müddət neytral qala bilməz.

Ekspert bildirib ki, Səudiyyə Ərəbistanının əlində öz rıçaqları var. Ər-Riyad neftin qiymətini endirə və bununla da Rusiyaya təzyiq göstərə bilər. Moskvanın təkliflərdən imtina edəcəyi təqdirdə isə Səudiyyə Ərəbistanının əli-qolu açılacaq.
“Ukraynanın ərazi bütövlüyü, BMT-nin himayəsi altında danışıqlara başlanılması, əsirlərin dəyişdirilməsini nəzərdə tutan Səudiyyə Ərəbistanının sülh planının Ciddədə qəbul edildiyini söyləmək olarmı?” sualına cavab verən Məhəmməd Fərəcallah vurğulayıb ki, həmin danışıqların iki tərəfi olub:

“Onlardan biri görüşün ümumi bəyanatında qeyd edilən gözəl sözlərdir. Amma pərdəarxası danışıqlar da olub. Məsələn, ABŞ və Çin nümayəndələri təkbətək danışıqlar aparıblar. Başqa görüşlər də olub. Beləliklə, ərəb, Səudiyyə və ya ümumilikdə Qlobal Cənub təşəbbüsü, həqiqətən, formalaşır. Və burada əsas məsələ Ukraynanın ərazi bütövlüyü, Krım da daxil olmaqla bütün işğal olunmuş torpaqların geri qaytarılması, nüvə təhlükəsizliyi, Rusiya Federasiyası tərəfindən dəymiş ziyana görə kompensasiyanın ödənilməsidir. Əlbəttə ki, Rusiyanın simasını bir növ xilas etmək üçün nəzərdə tutulmuş bəzi məqamlar ola bilər, lakin onlar əhəmiyyətli dərəcədə olmayacaq.

Səudiyyə Ərəbistanı “yox” sözünə nifrət edir. Və əgər Ər-Riyad Rusiyaya plan göndərirsə, o zaman əmin olun ki, sənəd maksimum sayda dövlətin iştirakı ilə əvvəlcədən hərtərəfli müzakirə və təhlil olunmuş olacaq. Moskva üçün bu təklifdən imtina etmək çətin olacaq. Səudiyyə Ərəbistanı OPEC+ sazişindən çıxa, neft hasilatını artıra bilər. Və bu, Rusiya üçün elə iqtisadi itki olacaq ki, bütün beynəlxalq sanksiyaların birgə qəbulu həmin effekti verməyəcək. Rusiyanın hərbi maşını zərərsizləşdiriləcək. Bundan əlavə, təkliflərdən imtina edildiyi təqdirdə Rusiya Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin simasında düşmənlər qazanacaq. Səudiyyə Ərəbistanı isə regionun lider dövlətidir. Bundan əlavə, Rusiya Federasiyasının prezidenti üçün öz simasını heç olmasa hansısa formada xilas etmək üçün meydança da qalmayacaq”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar