Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Emmi” mükafatının təqdimatı gələn ilə təxirə salınıb

Bu il sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci “Emmi” televiziya mükafatının təqdimat mərasimi Hollivudda aktyor və ssenari müəlliflərinin tətili səbəbindən gələn il yanvarın 15-nə təxirə salınıb...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, mərasim Sakit okean vaxtı ilə saat 17:00-dan 20:00-a kimi “Fox” telekanalında yayımlanacaq. Tədbirin yeni tarixi afroamerikalı hüquq müdafiəçisi Martin Lüter Kinqin doğum gününə həsr olunmuş dövlət bayramına - Martin Lüter Kinq Gününə təsadüf edir.

Qeyd edək ki, “Emmi” mükafatının təqdimat mərasimi 2001-ci ildən bəri ilk dəfə təxirə salınıb. O zaman tədbir 11 sentyabr terror hücumları və oktyabrın 7-də ABŞ-ın Əfqanıstanda hərbi əməliyyata başlaması səbəbindən təxirə salınmışdı.

Xatırladaq ki, təxminən 160 min aktyorun maraqlarını təmsil edən Amerika Televiziya və Kino Aktyorları Federasiyasının tətili iyulun 14-də başlayıb və faktiki olaraq ABŞ kino sənayesində bütün istehsalı dayandırıb. Aktyorlar daha yüksək maaş və iş vaxtından artıq iş üçün əlavə təzminat, həmçinin film istehsalında süni intellektdən istifadənin məhdudlaşdırılmasını tələb edirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar