Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton Çinin ABŞ infrastrukturunu virusla yoluxdurmasından şübhələnir...

Amerika Kəşfiyyatı Çinin ABŞ-ın kritik infrastrukturuna zərərli proqram yeritdiyini iddia edir...

Ağ Evin məlumatına görə, Pekin bu virusla elektrik şəbəkələrinin idarə olunmasındı nasazlığq yarada bilər ki, bu da Amerika hərbi bazalarının fəaliyyətinə təsir edə bilər.

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Qəzet yazır ki, bu, Çinin Tayvanla problemin güc yolu ilə həllinə əl atacağı təqdirdə ABŞ-ın reaksiyasını ləngidəcək.

Güman edilir ki, virus ABŞ-ın hərbi bazalarında rabitə sistemlərinin, elektrik enerjisinin və su təchizatının idarə edilməsinə nəzarət edən şəbəkələrdə yayılıb. Vaşinqtonda zərərli proqram təminatının Çin Xalq Azadlıq Ordusu ilə birbaşa əlaqəsi olan hakerlər tərəfindən yaradıldığı güman edilir.

NYT qeyd edir ki, eyni elektrik şəbəkəsi ABŞ-da adi ev təsərrüfatlarını da qidalandırır. Buna görə də, bu strukturlara hücumun zərəri xüsusilə böyük ola bilər.

Qeyd edilir ki, belə bir virusun mövcudluğuna dair ilk işarələr mayın sonunda ortaya çıxıb. Məsələni ABŞ kəşfiyyatı ilə birlikdə araşdıran Microsoft şirkətinin mütəx\əssisləri dövlət tərəfindən dəstəklənən Çin haker qrupunun ABŞ-ın bir sıra kritik infrastruktur təşkilatlarını izlədiyini söyləyib.

Qrupun 2021-ci ildən fəaliyyət göstərdiyi bildirilir. Məqalədə ABŞ Milli Təhlükəsizlik Agentliyinin analitiklərinin fərziyyəsinə əsasən bildirilir ki, Çin Tayvan məsələsini hərbi yolla həll etməyə başlayarsa, haker hücumundan istifadə etməyə cəhd edə bilər.

2023-cü ilin martında ABŞ kəşfiyyatı Çin istehsalı olan liman kranlarının məlumat toplamaq üçün də istifadə oluna biləcəyini bildirib. Belə mexanizmlər ABŞ-ın çütün limanlarında yerləşir, onlardan hərbçilər də istifadə edirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

Ən çox oxunanalar