Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meşəli kənd məktəbinin keçmiş direktoru: "Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi yandırıb"

"İçərisində Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi məktəbdə yandırıblar"...

Bunu "Report"un Qərb bürosuna müsahibəsində Meşəli kənd orta məktəbinin keçmiş direktoru Alış Alışov bildirib.

"Bu hadisələrdən öncə dəfələrlə ermənilər bizim kəndin camaatına qarşı düşmənçilik hisslərini göstəriblər. Onlar müharibə başlayandan mütəmadi olaraq kəndi ataşə tuturdular. Bir dəfə dərs zamanı məktəbi raketlə vurdular, xəsarət alanlar oldu. Məktəbə ciddi zərər dəydi", - A.Alışov deyib.


Onun sözlərinə görə, 1991-ci il dekabrın 23-də səhər saatlarında erməni hərbçiləri kəndi 3 yerdən atəşə tutaraq hücuma keçir. Həmin vaxt məktəb direktoru və özünümüdafiə dəstəsinin komandir müavini olan müsahibimiz həmin günü belə xatırlayır:


"Bizdə sadəcə 11 təlim avtomatı və bir neçə ov tüfəngi var idi. Kəndin müdafiəsinə gələn 10 əsgər də bizimlə döyüşürdülər. Ermənilər kəndi dayanmadan atəşə tutaraq günahsız dinc sakinlərimizi xüsusi amansızlıqla qətlə yetirirdilər. Yaşlı, cavan, qadın, uşaq demədən hər kəsə divan tuturdular. Mənim şagirdlərimdən biri, 7-ci sinifdə oxuyan 14 yaşlı Allahverdiyev Vidadi Müsül oğlunu məktəbin içərisində yandırmışdılar. Onun külünü atası əlləri ilə yerdən yığıb bir qutuya doldurdu və Laçında qəbiristanlıqda torpağa tapşırdı. Erməni silahlı dəstəsinin öndə gedənlərdən biri də Vaqif Xaçatryan idi. O həm qatil, həm də talançı idi. Qətlə yetirilən sakinlərin evinə soxularaq orada pul, qızıl-zinət və digər ev əşyalarını mənimsəyirdi. Həmin vaxt kənd sakinlərindən birini yaralı halda özü ilə girov da aparmışdı. Sonradan bildik ki, Barat adlı gənc özünü maşından ataraq qaçıb".

A.Alışov Xaçatryanın saxlanıldığını eşidəndə qürur hissi yaşadığını vurğulayıb:

"Şükürlər olsun ki, cinayətkar ələ keçdi və qanunvericiliyə uyğun olaraq öz cəzasını çəkəcək. Onunla yanaşı, digərlərinin də cəzasını çəkməsini arzu edirəm".


Qeyd edək ki, Alış Alışov hazırda Goranboy rayonunun Meşəli qəsəbəsində məskunlaşıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Ən çox oxunanalar