Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib - Fotolar

22 iyul 2023-cü il tarixində Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, media nümayəndələri, idarə və müəssisələrin rəhbərləri, ziyalılar, pedaqoqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb. Bildirib ki, bu gün əsasının qoyulmasının 148-ci ilini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ötən müddətdə zəngin və şərəfli inkişaf yolu keçib. Azərbaycan milli mətbuatının yaranmasında dövrünün görkəmli ziyalısı olan Həsən bəy Zərdabinin və onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti vardır. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açıb. 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyulduğunu qeyd edən İlqar Abbasov, bu gün ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafının prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət bu gün də Prezident cənab İlham Əliyev tərəfindən dövrün çağırışlarına, reallıqlarına uyğun olaraq uğurla davam etdirilir. Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən İlqar Abbasov, Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərinin, keçirilən mədəni-kütləvi tədbirlərin mediada işıqlandırılmasından danışıb. Digər çıxış edənlər “Respublika” qəzetinin bölgə müxbiri Tofiq Hüseyn, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov və “Azəri-Press” Agentliyinin  (APA) bölgə müxbiri Əlibəy Zeynalov milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıblar. Mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya media nümayəndələri adından minnətdarlıqlarını bildiriblər.

Sonra 22 İyul – Milli Mətbuat Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə bir qrup media nümayəndəsi Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. Daha sonra tədbir şəhərin mədəniyyət və incəsənət nümayəndələrinin ifasında musiqili proqram ilə davam edib. Sonda xatirə şəkli çəkilib.

Fotolar

Poliqon.info 


Etiket: Media


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar