Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Qara dənizdə Rusiyaya qarşı cavab addımı və Peskovun reaksiyası...

Dmitri Peskov: Ukraynanın Qara dənizdəki gəmilərlə bağlı açıqlamaları təhlükəlidir...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın dünən Qara dənizin Rusiya hissəsində naviqasiyanı qadağan etməsinə reaksiya verib. Kreml bildirib ki, Qara dənizdə gəmiçiliklə bağlı vəziyyət dərin təhlil tələb edir.

Peskov qeyd edib ki, Ukraynanın bundan sonra Rusiyanın Qara dənizdəki limanlarına gedən gəmiləri hərbi yük daşıyan gəmilər hədəf hesab edəcəyi barədə bəyanatı təhlükəlidir.

“Gözlənilməz hərəkətlər və üstəlik, Kiyev rejiminin terror aktlarında iştirakı, əlbəttə ki, bu sahədə potensial təhlükə yaradır, çünki Kiyev rejimi tamamilə gözlənilməzdir. O, heç nədən çəkinmir”, deyə Peskov indiki vəziyyətdə Qara dənizlə bağlı Kremlin mülki gəmilər üçün təhlükə görüb-görməməsi sualını cavablandırarkən bildirib..

Rusiya gəmilərinin trayektoriyasında mümkün dəyişikliklərə gəlincə, prezidentin mətbuat katibi qeyd edib ki, hazırda vəziyyət təhlil edilir.

Rusiyanın məsul qurumları Ukrayna tərəfinin təhdidlərindən sonra Qara dənizdəki təhlükəni minimuma endirmək üçün tövsiyələr hazırlayacaq”, deyə Peskov bildirib.

Kremlin sözçüsü Rusiyadan neftin və digər malların Qara dəniz vasitəsilə ixracı ilə bağlı risklərlə bağlı vəziyyəti də dərindən təhlil etmək lazım olduğunu vurğulayıb.

“Yalnız təhlillərdən sonra nəticə çıxarmaq və tövsiyələr hazırlamaq mümkün olacaq”, deyə Peskov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Ukrayna dünən Qara dənizin Rusiya hissəsində naviqasiya qadağası elan edib. Ukrayna Müdafiə Nazirliyi bildirib ki, iyulun 21-dən Qara dənizdə Rusiya dəniz limanları istiqamətində üzən gəmiləri potensial olaraq hərbi yük daşıyan gəmilər hesab edəcək. Müdafiə Nazirliyinin məlumatında qeyd olunub ki, bu tədbir Rusiya Müdafiə Nazirliyinin qərarına cavab olaraq həyata keçirilib. Bundan əvvəl isə Rusiya Müdafiə Nazirliyi Qara dənizin bir sıra ərazilərini naviqasiya üçün təhlükəli elan edilib. Bu Rusiyanın “taxıl sazişi”ndən çıxmasından sonra baş verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ən çox oxunanalar