Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prokuror Navalnı üçün 20 il həbs istəyib...

Məhkəmə Navalnıya qarşı ekstremizm işi üzrə hökmünü avqustun 4-də elan edəcək...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, dövlət ittihamçısı Aleksey Navalnının ekstremist icma yaratmaq ittihamı ilə ciddi rejimli koloniyada iyirmi il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. TASS Agentliyi bu barədə Navalnının müdafiəçisi Olqa Mixaylovaya istinadən məlumat yayıb

“Dövlət ittihamçısı Navalnını Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 3-cü hissəsi (ekstremist icma yaratmaq və orada iştirak etmək), habelə ekstremist fəaliyyəti maliyyələşdirmə, ekstremist fəaliyyətə ictimai çağırışlar üzrə təqsirli bilinməsini istəyib”, deyə Agentliyin məlumatın da bildirilir.

Qeyd olunur ki, Navalnının hökmü Vladimir vilayətindəki koloniyanın ərazisində avqustun 4-də elan olunacaq.

Hazırda Navalnı Moskvanın Lefortovo məhkəməsinin dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə çıxardığı hökmlə Vladimir vilayətindəki ciddi rejimli koloniyada 9 il cəza çəkir.

Navalnıya qarşı ekstremist icmanın yaradılması ilə bağlı cinayət işi baxılması üçün mayın 25-də Moskva Şəhər Məhkəməsinə təqdim edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Ən çox oxunanalar