Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aparat rəhbəri: “Azərbaycanda 100-dən çox audiovizual media subyekti fəaliyyət göstərir”

“Hazırda Azərbaycanda 100-dən çox audiovizual media subyekti fəaliyyət göstərir ki, bunlardan təxminən yarısı yayımçı statuslu kontent istehsalçısıdır”.

“Report”un xəbərinə görə, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuatın 148 illiyi münasibətilə “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, sosial media fenomenləri, internet mediada olan belə “çərçivəsizlik” ənənəvi media təmsilçiləri olan televiziya və radio üçün çox böyük rəqabət yaradır: “Hətta bəzən belə fikir yaranır ki, bu rəqabətdə ənənəvi media növlərinin yaşaması qeyr-mümkündür. Lakin dünyada medianın inkişaf tendensiyalarına nəzər salanda görünür ki, 2000-2015-ci illərdə ənənəvi media (TV və radio) internet ortamlı mediaya çox uduzurdu. Çünki ənənəvi media cəmiyyətə yalnız ənənəvi üsullarla daxil olurdu. 21-ci əsrin ikinci onilliyindən başlayaraq dünyada yeni media üsullarından istifadə edərək konvergent media yaradan ənənəvi media qurumları yenidən bazarda böyük paya sahib olmağa başladılar”.

Aparat rəhbəri bildirib ki, bugün audiovizual media öz inkişafının yeni mərhələsini yaşayır: “Bu mərhələ audiovizual medianın digər media subyektləri ilə, xüsusilə internet mediası və sosial şəbəkələrlə rəqabət mühitində özünü təsdiqləməsi, həmçinin də yeni yayım üsulları və vasitələri ilə inkişafını təmin etmə qabiliyyətini artırma cəhdləri ilə müşayiət edilir. Bu gün inamla söyləmək olar ki, audiovizual media həm rəqabətdə dayanıqlılıq nümayiş etdirir, həm də yeni yayım üsul və vasitələrini şaxələndirməklə öz nüfuzunu artırır. Azərbycanda da bu tendensiya mövcuddur. Hazırda Azərbaycanda 100-dən çox audiovizual media subyekti fəaliyyət göstərir ki, bunlardan təxmini yarısı yayımçı statuslu kontent istehsalçısıdır”.

Poliqon.info 


Etiket: Media


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam

Ən çox oxunanalar