Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Media və dini təhlükəsizlik” mövzusunda konfrans keçirilib - Foto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Media və dini təhlükəsizlik” mövzusunda konfrans keçirilib...

Poliqon xəbər verir ki, tədbirdə millət vəkilləri, Dövlət Komitəsi və media orqanlarının rəhbər şəxslərinin, habelə dini icma və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə toxunub:

Azərbaycan müsəlman dünyasının bir parçasıdır. Dini baxımdan təhlükəsizlik tamamilə təmin olunub. Ölkəmizdə dövlət-din modeli Azərbaycan Konstitusiyasında əksini tapıb. Bu gün Azərbaycanda müxtəlif dini konfessiyalar bir arada yaşayır. Azərbaycan mediasında dini mövzularla bağlı həyata keçirilən işləri yüksək qiymətləndiririk. Din ideologiya deyil, siyasətdən də ayrıdır. İslam dini ən yüksək səviyyədə insanlar arasında münasibətlərin olmasını təşviq edir. Dindən sui-istifadənin qarşısını almağın ən vacib rolu dini olduğu kimi çatdırmaqdır. Burada medianın rolu əvəzsizdir. Media insanlar arasında kommunikasiya rolunu oynayır”.

Tədbirdə Mətbuat Şurası sədrinin müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Mediada dini mövzularda manipulyasiyalar” mövzusunda təqdimatla çıxış edib.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. Müsabiqədə APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı da III yerə layiq görülüb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb

İsraildə silahlı hücum nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb

Ukrayna səfiri: Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq

İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hədəfinə hücum edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay