Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın təklif etdiyi Bərdə-Ağdam marşrut yolu... - Separatçılar bundan imtna etsə nə olacaq?

Rəsmi Bakı Ermənistana humanitar yüklərin marşrutunun Laçın yolundan Bərdə-Ağdam marşrutuna keçməsini təklif edib...

Siyasi-şərhçi: “Ermənilərdə öz növbəsində artıq bizim qanunlarla yaşamağa hazır olmalıdırlar. Azərbaycanın erməni əsilli vətəndaşları bütün ehtiyaclarını Azərbaycandan ödəməlidirlər”.

“Bu yardımlar yalnız humanitar xarakter daşıyacaq və Azərbaycan tərəfi ilə razılaşdırılaraq həyata keçiriləcək. Ağdam-Bərdə yolu məsafə baxımından da sərfəlidir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Laçın yolundan Bərdə-Ağdam marşrutunun açılması məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə keçirdiyi üçtərəfli görüş zamanı müzakirə edilən mövzulardan biri də humanitar yüklərin marşrutunun Laçın yolundan Bərdə-Ağdam marşrutuna doğru dəyişməsidir.

Bəs bu marşrutun açılması mümkün olacaqmı, həmçinin bu marşrut açılmasa, nə baş verəcək?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi aparatının sədri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “ErmənistanRusiya separatyçıları maliyyələşdirmkdən və Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkməlidir”.

Azərbaycan ərazisindən keçən yardımların tam nəzarətini Bakını həyata keçirməli olduğunu qeyd edən ekspert Poliqon-a açıqlamasında vurğulayıb ki, bu yardımlar yalnız humanitar xarakter daşıyacaq və Azərbaycan tərəfi ilə razılaşdırılaraq həyata keçiriləcək:

“Bildiyiniz kimi, bundan öncə humanitar yardımlar qanuna zidd olaraq Ermənistan tərəfindən həyata keçirilirdi. Bir çox hallarda biz yardımlarla yanaşı Erməni separatçılarına qanuna zidd əlavə köməklərin də edildiyini görürdük.

Hesab edirəm ki, Brüseldə bu mövzunun qaldırılması və marşrutunun dəyişdirilməsi önəmlidir. Azərbaycan ərazisindən keçən yardımların tam nəzarətini Bakı həyata keçirməlidir. Belə olarsa bu yardımlar yalnız humanitar xarakter daşıyacaq və Azərbaycan tərəfi ilə razılaşdırılaraq həyata keçiriləcək. Ağdam-Bərdə yolu məsafə baxımından da sərfəlidir. Ağdamla Xankəndi arasındakı məsafə cəmi 25 kilometr, Xankəndidən Gorusa olan məsafə 100 kilometrdən artıqdır.

Kamran Məmmədli: “Rusiya sülhməramlıların bölgəni tərk etməyi ilə Qarabağdaki Ermənilərdə artıq başqa çıxış yolunun olmadığını anlayacaqlar”.

Praktik baxımdan ora Ağdam yolu ilə təminatı və təchizatı həyata keçirmək daha əlverişlidir. Bu həmçinin bütün dünyaya göstərəcək ki, Azərbaycan dövləti insanların etiqadına necə tolerant yanaşır. Azərbaycan tərəfi Qarabağda qalan vətəndaşları olan ermənilərə təminatı əsirgəmir və bunun üçün hər cür şərait yaradır.

Ermənilərdə öz növbəsində artıq bizim qanunlarla yaşamağa hazır olmalıdırlar. Azərbaycanın erməni əsilli vətəndaşları bütün ehtiyaclarını Azərbaycandan ödəməlidirlər. Gec və ya tez bu belə olacaq. ErmənistanRusiya separatyçıları maliyyələşdirmkdən və Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkməlidir.

Hesab edirəm ki, ən yaxın zamanda bu məsələ tam həll olunmalıdır. Əks təqdirdə Rusiya sülhməramlıların bölgəni tərk etməyi ilə Qarabağdaki ermənilərdə artıq başqa çıxış yolunun olmadığını anlayacaqlar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Ən çox oxunanalar