Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda Bank Ombudsmanına müraciətlərin sayı azalıb

2017-2022-ci illərdə Azərbaycanda Bank Ombudsmanına edilən müraciətlərin sayı 6 dəfədən çox azalıb.

"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda Elmi-Praktik Konfrasında bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə müraciətlərin sayı 165 olduğu halda, 2022-ci ildə bu rəqəm 26-ya düşüb.

Bununla belə, Z.Oruc qeyd edib ki, Bank Ombudsmanının yaradılması müsbət hadisədir: "Məhkəmə-hüquq sistemində böyük nüfuza malik bir şəxsin o quruma rəhbərlik etməsi məhkəməyə alternativ həll imkanlarının yaradılması üçün mühüm təşəbbüs sayılır. Bu il mayın 1-nə Azərbaycanda 591,8 milyon manat problemli kredit olub. Biz bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə az və yaxud çox olması üzərində dayanmayacağıq. Müvafiq dövlət və hökumət institutları nəhayət ki, yarım milyard manatdan çox olan bu borc yükü ilə bağlı birdəfəlik həlli yollarını tapsa, biz o yükü ildən-ilə ötürmərik. Bugünki müzakirələrin əsas məqsədi maliyyə mübahisələrinin sivil həlli yollarını tapmaq, ona rəvac verən sosial-iqtisadi, elacə də hüquqi problemləri ortaya çıxarmaqdır".

Poliqon.info 


Etiket: Zahid Oruc


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar