Şənbə, 21 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağac kəsilməsinə görə cərimələr daha da artırılacaq

“Qanunsuz ağac kəsimləri ilə bağlı qanunvericilikdə müxtəlif məsuliyyət növləri var. Hüquq pozuntusu barədə məlumat daxil olduqda araşdırılır. Aktiv qaydada şikayət aidiyyəti qurumlara da ötürülür”...

Bu fikirləri Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdikləri “Ekologiyanın mühafizəsi” başlıqlı mətbuat konfransında çıxış zamanı Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev deyib.

O bildirib ki, ilkin olaraq dəymiş ziyanın həcmi dəqiqləşdirilir:

“Əgər dəymiş ziyanın həcmi çox böyük deyilsə, inzibati xəta haqqında iş başlanır və protokol hazırlanır. Dəymiş ziyanın həcmi ağır olduqda (daha dəqiq desək, qanunvericilikdə bu, 1 000 manatdan çox ziyan kimi qiymətləndirilir) fakt barədə cinayət işi açılır. Düşünürəm ki, qanunvericilikdə tətbiq edilən cəza tədbiri qanun pozuntularına müvafiq seçilib və heç də yüngül cəzalar deyil. Bunu bizim statistikaya nəzər saldıqda da görmək mümkündür. Tərəfimizdən tətbiq edilən inzibati cərimələr, sanksiyalar, məhkəmə hökmü əsasında verilən cəzalar bu istiqamətdə qanun pozuntularının azalmasına xidmət edir. Düşünürəm ki, bu istiqamətdə görülən qabaqlayıcı, maarifləndirici tədbirlər də effektini verir. Zərurət yaranarsa, gələcəkdə bu istiqamətdə tədbirlərin ağırlaşdırılmasına baxıla bilər”.

E.Musayev məsələnin kökündə məlumatsızlığın dayandığına diqqət çəkib:

“Bu sahədə maarifləndirmə işləri artırılmalıdır. Hər problemin həllinin kökündə mütləq mənada maariflənmə dayanır”.
ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə şəhər yaşıllıqlarının məhvi, ağacların qanunsuz kəsilməsinə görə məsuliyyətin qanunvericilikdə daha da artırılması istiqamətində iş aparıldığını qeyd edib.

O bildirib ki, bu istiqamətdə layihə hazırlanır:

Bakı, Sumqayıt və Abşeronda yaşıllaşdırma sahələrinə, ağaclara vurulan ziyanların qarşısının alınması məqsədilə bir sıra maarifləndirici tədbirlər görürük. Cərimə tətbiqində məqsəd heç kimi məhdudlaşdırmaq deyil. Məqsəd insanların ya bilərəkdən, ya da qanunvericilikdə olan maddələri bilmədikləri üçün etdikləri qanunsuzluqların qarşısını almaqdır. Buna görə çalışırıq ki, insanları maarifləndirək.

Amma cinayət tərkibi yaranan zaman aidiyyəti qurumlara müraciət edirik. Qanunvericilik kifayət qədər sərtdir. Lakin bu kimi hallarla mübarizə aparmaq üçün qanunvericilikdə mövcud olan cərimələrin daha da artırılması istiqamətində işlər gedir. Bu barədə də yekun məlumat ictimaiyyətə veriləcək”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailin Beyruta zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb - Yenilənib

Politoloq: İranda hər kəs, Xamenei də, SEPAH da, Pezeşkian da öz rolunu oynayır...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Elman Rüstəmovun həbsdəki şərikinin sensasion məktubu üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

Rusiya bir neçə aydır Kurskun işğalını gözləyirmiş - Sənədlər ələ keçirilib...

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, tələbələrlə görüşüb - Yenilənib

Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Zaxarova: Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır

Keçmiş icra başçısı Neftçalada ehtiyat fondunun torpaqlarını zəbt edib?

Ən çox oxunanalar