Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“EU Reporter”: “Makronun açıqlamaları onun Qarabağda separatizmi dəstəkləməsinə sübutdur”

“Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni lobbisi ilə görüşdə qərəzli, birtərəfli və reallıqdan uzaq açıqlamaları onun Qarabağda separatizmi fəal şəkildə dəstəkləməsinə sübutdur”...

Bu fikirlər Fransa liderinin məqsədlərini anlamağa çalışan analitik Ceyms Uilsonun “EU Reporter”də dərc olunan məqaləsində yer alıb.

Onun sözlərinə görə, Cənubi Qafqaz kiçik region olsa da, burada bir neçə fövqəldövlətin maraqları toqquşur.

Müəllif Avropa İttifaqı (Aİ) və ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülhün yaranmasında çox maraqlı olduqlarını vurğulayıb: “Həm ABŞ, həm də Aİ sülh sazişinin imzalanmasına vasitəçilik edirlər”.

C.Uilson bildirib ki, Fransanın dövlət başçısı digər Avropa ölkələrinin Qarabağda separatizmi dəstəkləməməsindən də narahat deyil.

Müəllifin fikrincə, Makron etiraz və iğtişaş dalğası ilə sarsılan ölkəsində asayişi və sakitliyi bərpa etmək əvəzinə, siyasi oyunlarla məşğuldur:

“Bu, Avropa İttifaqı üçün enerji resursları mənbəyi olan Cənubi Qafqaz regionunu alovlandıra bilər”.
“Makron açıq şəkildə Cənubi Qafqazdakı vəziyyətin sülh yolu ilə həllinə qarşıdır”, - o əlavə edib.

C.Uilson Ukraynanın ən böyük internet nəşrlərindən biri olan “Censor”dan da sitat gətirib. Qeyd edib ki, nəşrdə dərc edilən məqalədə Parisin Qafqazda təsirini gücləndirmək üçün Moskva ilə siyasi koalisiyaya can atdığı vurğulanır.

Ukraynanın Fakty.ua onlayn nəşrindən isə C.Uilson növbəti fikirləri sitat gətirib: “Fransadakı nüfuzlu qüvvələr diqqətlərini Azərbaycana yönəldirlər”.

Müəllif həmçinin hesab edir ki, AzərbaycanErmənistan arasında sülh danışıqlarının təşviqi ideyalarının əksinə olaraq, E.Makronun hərəkətləri bu prosesə ancaq zərər vurur, bu isə Aİ və ABŞ-nin baxışlarına ziddir.

Analitik qeyd edib ki, İsrailin “i24” onlayn televiziyasının məlumatına görə, Parisin Ermənistana silah göndərilməsi ilə bağlı hərbi-siyasi qərarının əsas dəstəkçisi məhz Prezident Emmanuel Makrondur.

C.Uilsonun fikrincə, Makron Rusiya üçün faydalı olan açıq-aşkar anti-Avropa siyasəti yürüdür və Aİ enerji təhlükəsizliyini qorumaq istəyirsə, o zaman buna son qoyulmalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

“Ofisait” mağazalar şəbəkəsinin sahibinin cərimələnməsinin səbəbi açıqlandı

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Ən çox oxunanalar