Naxçıvanda kafedə dava baş verib...
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən gecə qeydə alınıb. Kafedə iki şəxsin mübahisəsi dava ilə nəticələnib. Hadisə zamanı Babək rayon Məzrə kənd sakini, 1982-ci il təvəllüdlü Allahverdiyev Nicat Yusif oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info