Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna “Vaqner”in qiyamına münasibət bildirib: "Hər şey yeni başlayır"

“Kimsə mütləq itirməlidir: Ya “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin, ya da qarşı tərəf. Rusiyada hər şey yeni başlayır”...

Ukrayna “Vaqner”in qiyamına münasibət bildirib: Hər şey yeni başlayır
Rusiyada elitalar arasında parçalanma açıq-aydın görünür”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin silahlı qiyamına münasibət bildirən müşavir qeyd edib ki, tərəflərin razılığa gələrək problemi həll etmələri mümkün olmayacaq:

“Kimsə mütləq itirməlidir: Ya “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin, ya da qarşı tərəf. Rusiyada hər şey yeni başlayır”.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Ən çox oxunanalar