Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Prezidenti SOCAR-a mükafat təqdim edib

Türkiyə Prezidenti “SOCAR Petrol Ticaret” şirkətinin mükafatını SOCAR-ın vitse-prezidenti və “SOCAR Türkiyə”nin İdarə Heyətinin üzvü Süleyman Qasımova təqdim edib...

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkətlərindən biri olan “SOCAR Petrol Ticaret” daha bir mükafata layiq görülüb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə İxracatçılar Məclisinin (TİM) açıqladığı “2022 İxrac Çempionları” siyahısında Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye holdinqi və ən böyük birbaşa xarici investoru olan "SOCAR Türkiyə" qrup şirkətlərindən biri olan “SOCAR Petrol Ticaret” 3-cü yerdə qərarlaşıb.

Belə ki, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə “2022-ci ilin İxrac Çempionları” mükafatının təqdim edilmə mərasimi keçirilib. Mərasimdə ötən il Türkiyədə ən çox ixrac edən ilk 10 şirkətə mükafatları təqdim edilib.

Türkiyə Prezidenti “SOCAR Petrol Ticaret” şirkətinin mükafatını SOCAR-ın vitse-prezidenti və “SOCAR Türkiyə”nin İdarə Heyətinin üzvü Süleyman Qasımova təqdim edib.

S. Qasımov bildirib ki, SOCAR Türkiyə iqtisadiyyatı üçün strateji əhəmiyyətini dərk edərək, Azərbaycan və Türkiyəni gücləndirmək, sosial rifahı yüksəltmək üçün çalışır: “Biz son 15 ildə 18 milyard ABŞ dolları keçən yatırımlarla Türkiyənin ən böyük birbaşa xarici investoru və ən böyük inteqrasiya olunmuş sənaye holdinqiyik”.

O bildirib ki, şirkət investisiya və fəaliyyət gücü ilə Türkiyənin iqtisadiyyatına, sənayesinə və sosial inkişafına uzun illər xidmət etməyə qətiyyətlə davam edəcək: “Türkiyənin ilk 10 ixracatçısından biri olmaqdan çox qürur duyuruq. Bu uğurlarda əməyi olan bütün həmkarlarıma təşəkkür edirəm”.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar