Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təxribatçı əməllərindən əl çəkməyən Vardanyanın Azərbaycan ədalətinin qarşısına çıxarılmasının vaxtı gəlməyibmi?

Qanunsuz olaraq Xankəndidə lövbər salan Ruben Vardanyan öz təxribatçı əməllərini davam etdirir...

Politoloq: “Son məlumatlara görə, Qarabağ ermənilərini təşviq edirlər ki, rəsmi Bakı ilə birbaşa dialoqa başlasınlar”.

“Sülh müzakirələri yaxın ayalarda real nəticələr verməsə, Vardanya və digər separataçılara qarşı xüsusi tədbirlər gündəliyə gələ bilər”.

Bu sözləri politoloq Zaur İbrahimli Vardanyanın reinteqrasiya prosesinə zərbə vuran davranışlarını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi qanunsuz olaraq Xankəndidə lövbər salan Ruben Vardanyan öz təxribatçı əməllərini davam etdirir. Rusiyaya casusluq etməsi şübhə doğurmayan Ruben Vardanyanın Xankəndidə qarışıqlıq yaratmaq üçün saxlandığı aşkardır. Hazırda Vardanyan bütün vasitələrlə çalışır ki, ermənilərin Azərbaycana inteqrasiyasının qarşısını alsın.

Vardanyanın reinteqrasiya prosesinə zərbə vuran davranışlarına necə son qoyula bilər və onun həbs edilərək Azərbaycan ədalətinin qarşısına çıxarılmasının vaxtı gəlməyibmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Rəsmi Bakı əlbətdə, proseslərin diplomatiya müstəvisində həllinə çalışır, lakin bu səylər nəticə verməsə, separatçı təşəbbüslər davam etsə, diplomatiya ilə yanaşı qeyri-diplomatik tədbirlər də zərurətə çevriləcək”.

Azərbaycanın hər hansı təhdidin qarşısını almaq üçün yetərli imkanlarının olduğunu xatırladan politoloq açıqlamasında əlavə edib ki, bu baxımdan ermənilər üçün ən məqbul yol rəsmi Bakı ilə birabaş dialoqdur:

Azərbaycan Qarabağ erməniləri ilə müzakirə mexanizmi yaradıb və onları müzakirələrə dəvət edib. Eyni zamanda Azərbaycan Qarabağ ermənilərin Azərbaycan Konstitusiyası çərçivəsində bütün haq və hüquqlarının təmin olunacağnı bəyan edib.Rəsmi Baklı həm Ermənistanala, həm də beynəlxalq vasitəçilərə müzakirələrdə bu prinsipi irəli sürüb və bu beynəlxalq hüquq normalaır və praktikaya uyğun yanaşma kimi qəbul edilib.

Azərbaycan dövlət suvrenliyi və ərazi bütövlüyünə hər hansı zidd məsələlərlə bağlı müzakirə aparılmayacağı mövqeyini qəbul etdirib. Rəsmi Bakının bu yanaşması beynəlxalq birlik tərəfindən qəbul olunub və mübahisələndirilə bilməz. Ermənistan tərəfi Azərbaycanın vasitəçilərlə Qarabağ erməniləri ilə müzakirələr aparması və ermənilərə təminatlar verilməsi yanaşmasını irəli sürür. Qarabağda erməni seprataçılarının rəhbərliyi isə, təhlükəsizlik naminə ayrılmaq, əlahiddə status, formal olaraq Azərbaycanın tərkibində qalması ideyasını bəyan edirlər. Xüsusən, cinayətkar oliqarx, Rusiyanın emisrası Ruben Vardanyan əsas bu istiqamətdə əsas ideoloqlardan biri kimi səhnəyə çıxardılıb.

Zaur İbrahimli: “Azərbaycan sülh müzakirələrinin getdiyi bir zamanda xüsusi tədbirlərə əl atmaqdan çəkinir və təmkinli davranır”.

Son bir ildə baş verənlərin analizi deməyə əsas verir ki, Qarabağ separatçılarının bu ideyaları beynəlxalq birlik tərəfindən dəstəklənmir. Yalnız erməni diasporunun səyləri, maliyyəsi ilə ara-sıra buna dəstək fikirləri səsləndirilir. Ciddi təşkilat və aparıcı ölkələr bu yanaşmaya heç bir dəstək verirmirlər. Rəsmi İrəvanın da yanaaşması müzakirə olunsa da, elə ciddi dəstək almayıb. Əksinə, son məlumatlara görə, Qarabağ ermənilərini təşviq edirlər ki, rəsmi Bakı ilə birbaşa dialoqa başlasınlar. Həmçinin, Azərbaycanın yetərli imkanları var ki, hər hansı təhdidin qarşısını alsın. Bu baxımdan ermənilər üçün ən məqbul yol rəsmi Bakı ilə birabaş dialoqdur.

Güman edirəm ki, Azərbaycan sülh müzakirələrinin getdiyi bir zamanda xüsusi tədbirlərə əl atmaqdan çəkinir və təmkinli davranır. Lakin sülh müzakirələri yaxın ayalarda real nəticələr verməsə, Vardanya və digər separataçılara qarşı xüsusi tədbirlər gündəliyə gələ bilər. Rəsmi Bakı əlbətdə, proseslərin diplomatiya müstəvisində həllinə çalışır, lakin bu səylər nəticə verməsə, separatçı təşəbbüslər davam etsə, diplomatiya ilə yanaşı qeyri-diplomatik tədbirlər də zərurətə çevriləcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar